Kitabxana 1930-cu ildən, ali məktəbin əsası qoyulduğu vaxtdan fəaliyyət göstərir. Lakin bir neçə dəfə universitetin bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi nəticəsində kitabxana fəaliyyətini fasilələrlə davam etdirmişdir.
Hazırkı əsaslı kitabxana 1966-cı ildən formalaşmış və kitabxanada aşağıdakı şöbələr mövcud olmuşdur:
1.Xidmət şöbəsi
2.Komplektləşdirmə və kataloq şöbəsi
3.Biblioqrafiya şöbəsi
4.Oxu zalı
*
Əsaslı kitabxana yenidən 2000-ci ildə fəliyyətini bir daha təkmilləşdirmişdir. 2008-ci ildə Əsaslı kitabxanada ”İrbis-64” Avtomatlaşdırılmış kitabxana informasiya sistemi fəaliyyətə başlamışdır. Kitabxanada elektron kataloq sistemi, internet resurslarına sərbəst çıxış, elektron kitablara əlyetərlik imkanları yaradılmışdır.
Universitetimizin TS EN İSO 9001 “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq standartlar sisteminə qəbul edilməsi Əsaslı kitabxananın fəaliyyətində də öz əksini tapmışdır.
2018-ci ildən etibarən kitabxanada yeni “ALİSA” sistemi fəaliyyətə başlayıb. UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetin “Tədqiqat universiteti” statusunun tələblərinə uyğunlaşdırılması, rəqəmsal resurslardan istifadə etməklə müasir elmi ədəbiyyat və məcmuələrə daimi çıxışı olan kitabxana şəbəkəsinin yaradılması və kitabxana sisteminin modernləşdirilməsi barədə Elmi Şuranın EŞ-162 №-li qərarına görə 15.04.2019-cu il tarixdən UNEC-in Əsaslı Kitabxanası ləğv edilmiş, Əsaslı Kitabxananın bazasında UNEC Kitabxana informasiya mərkəzi yaradılmışdır.
UNEC Kitabxana informasiya mərkəzinin ümumi fondu-80166 nüsxə təşkil edir.
2018-ci il UNEC Kitabxana informasiya mərkəzində oxucuların davamiyyəti 11.565 olmuşdur.