UNEC-in SABAH qruplarının muəllim və tələbə heyəti Praqanın İxtisasartırma və Təkmilləşdirmə İnstitutunda (Prague Institute for Qualification Enhancement) olub.
Praqanın İxtisasartırma və Təkmilləşdirilmə İnstitutunda UNEC muəllimlərinə “Universitetlərin beynəlxalq əməkdaşlığı: nəzəriyyə və praktika”, tələbələr üçün isə “Academic Writing” mövzusunda təlimlər keçiblər.
Təlimlərdə UNEC-in SABAH mərkəzinin rəhbəri Aida Quliyeva, İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru Zöhrə Həsənova, SABAH qruplarının muəllimləri Mətin Firuzi, Şəhla Qəhrəmanova, Aysel Quliyeva və SABAH qruplarının 14 tələbəsi iştirak edib.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.