Kafedra müdiri: dos. Oqtay Qulu oğlu Quliyev 

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (IV korpus)
Telefon: +(994) 12 440-89-37

turk1-6 fariz1-3???????????????????????????????DSC01311DSC_8808

UNEC gənclərin xəyallarındakı universitetə çevrilmək istiqamətində uğurla irəliləyir (“525-ci qəzet” – 26.01.2017)
UNEC müəllimləri dünyanın nüfuzlu tədqiqatçıları ilə bir sırada (16.01.2017)

UNEC alimləri Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyasına üzv seçiliblər
 (06.12.2016)

18200 17

Kafedra haqqında

TARİXİMİZ

“Türk dünyası işlətmə” fakültəsində tədris olunan fənlərin spesifikliyini nəzərə alaraq, habelə tədrisdə və təhsildə keyfiyyətin artırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 29.01.2013 tarixli, 09/3 No-li  qərarı ilə “Türk dünyası işlətmə” fakültəsində tədris olunan fənlərin bazasında “İqtisadiyyat və işlətmə” kafedrası  yaradıldı. “İqtisadiyyat və işlətmə” kafedrası  01.02.2013-cü il tarixindən etibarən fəaliyyət göstərir.

Yarandığı ilk gündən 2014-cü ilin aprel  ayınadək kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dos.  Gəray Cümşüd oğlu Musayev rəhbərlik etmişdir. 2014- 2017 -ci ilə kimi  kafedraya  iqtisad üzrə fəlsəfə doktoru, dos. Fariz Saleh oğlu Əhmədov rəhbərlik edib. 9.10.2017- ci ildən  Əliyev Yusif Nadim oğlu kafedra müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və İşlətmə” kafedrasının akademik heyətini professor, dosent, köməkçi dosent və dotorantura təhsillərini xarici ölkələrdə təhsil almış azərbaycanlı və türkiyəli müəllimlər təşkil edir.

MƏRAMIMIZ (VİZYONUMUZ)

Özünün müasir, yenilənən təhsil və idarəçilik metodları ilə universitetimizi dünya arenasında ön sıralara çəkmək üçün  yalnızca ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da sayılıb seçiləcək, beynəlxalq rəqabətə davamlı, keyfiyyətli dərslər tədris etmək, ölkənin sosial və iqtisadi həyatına tövhələr verəcək, eyni zamanda beynəlxalq əhəmiyyətli araşdırmalar apararaq Azərbaycanın, universitetimizin və kafedramızın adını yüksəldə biləcək liderlik keyfiyyətlərinə  malik akademik heyətə sahib kafedra olmaqdır.

MİSSİYAMIZ

Müasir dünyada baş verən yeniliklərə uyğun olaraq, yenilənən texnologiyalardan, idarəetmə və təhsil metodlarından istifadə edərək, cəmiyyətə faydalı, öz sosial məsuliyyəttini dərk edən, hüquq və vəzifələrini bilən, etik dəyərlərə qarşı həssas, cəmiyyətdə düşüncəsi və davranışları ilə fərqlənəcək, eyni zamanda karyerada qazandığı bilik və təcrübələri istifadə edərək yüksələn, liderlik və idarəçilik bacarıqlarına sahib, yaradıcı, yenilikliyə açıq, daima özünü inkişaf etdirən fərdlər yetiştirmək üçün keyfiyyətli dərslər tədris etmək, ölkəmizin iqtisadiyyatına və təhsilinə tövhə verəcək akademik araştırmalara imza atan, yazdığı məqalə və kitablarla həm ölkə daxilində, həm də beynəlxalq arenada tanınan bir akademik heyətə sahib olan UNEC-in dünyaya açılan pəncərəsi olmaqdır.

STRATEJİ MƏQSƏDİMİZ

Kafedramız elm sahəsində öz fəaliyyəti ilə seçilən, dövlət və özəl sektorun bugünki və gələcək ehtiyaclarını qarşılayan istedadlı kadrlar yetişdirilməsində müasir təhsil metodlarından istifadə etməyi, ölkəmizin inkişafına öz tövhəsini verməyi,  əldə etdiyi yeni bilik və təcrübələrini bakalavr və magistr proqramlarına əks etdirərək tələbələrimizə davamlı aktual və keyfiyyətli bir təhsil verməyi qarşısına məqsəd qoymuşdur.

STRATEJİ HƏDƏFLƏRİMİZ

  1. 2021-ci ilin sonuna kimi xarici ölkələrdə təhsil alan gənc müəllim heyətini 2 dəfə artırmaq.
  2. 2021-ci ildə kafedramızda tədris olunan dərslərin 100%-nin elektron dərsliklərlə təmin olunmasını təşkil etmək.
  3. 2016-2021-ci illər ərzində kafedramızın akademik heyətinin nəşr etdirdiyi kitabların sayını 2 dəfə artırmaq.
  4. Kafedramızın öz tədris və araşdırma fəaliyyətini daha effektiv şəkildə davam etdirə biləcəyi bir infrastruktura sahib olmaq.
  5. Tələbələrin tədris olunan dərslər və imtahan nəticələri haqqında məlumatları rahatlıqla əldə edə bilməsi üçün UNEC elektron sisteminə adaptasiya olmaq.
  6. Akademik heyətimizin apardığı araştırmaların nəticəsi olaraq yazdığı elmi məqalə və nəşrlərin sayını 2 dəfə artırmaq.
  7. Beynəlxalq nüfuzlu jurnallarda çap olunan və beynəlxalq konfranslarda təqdim edilən məqalə və araşdırmaların sayını 2 dəfə artırmaq.
  8. Magistratura pilləsində təhsil alan tələbələrin elmi-tədqiqat işlərinə istiqamətləndirilməsinə 100% nail olmaq.
  9. 2016-2021-ci illər ərzində fakültənin və kafedranın daxili və xarici imkanlarından yararlanaraq tələbə heyətinin elmi-tədqiqat işlərinə dəstək olmaq məqsədi ilə təqaüd fondunun yaradılması.
  10. Kafedrada doktorantura pilləsi üzrə beynəlxalq standartlara uyğun dərslərin tədrisinə başlamaq.

*
DƏYƏRLƏRİMİZ

Kafedramızın təməlində bizi özünəməxsus edən və digər kafedralardan fərqləndirən əsas cəhət olmazsa olmaz dəyərlərimizdir. İllər keçsə də, bu dəyərlərə sadiq qalaraq onların işığında gələcəyə doğru irəliləməkdəyik.

  • Yaradıcı və yenilikçi olmaq
  • İntizamlı olmaq
  • Dürüst olmaq
  • Şəffaq olmaq
  • Mükəmməlliyətçi olmaq
  • Vətənsevər olmaq
  • Daima inkişafa meylli olmaq
  • Etik dəyərlərə sahib olmaq
  • Çağdaş olmaq
  • Sosial məsuliyyətli etmək
  • Milli kimliyə sahib olmaq
  • Davamlı öyrənmək

nazim_fariz_9375 anar_nazim_fariz_9376 fariz_anar_9385 fariz_anar11_9385

“İqtisadiyyat və işlətmə” kafedrasının xəbərləri UNEC NEWS-da

“İqtisadiyyat və işlətmə” kafedrasının xəbərləri UNEC NEWS-da (2015 – 2016)

 

Kafedranın təşkilat komitəsində yer aldığı beynəlxalq elmi konfranslar

*

“İqtisadiyyat və işlətmə” kafedrası üzrə 2019-cu ildə müdafiə olunmuş bakalavr buraxılış işlərinin SİYAHISI

“İqtisadiyyat və işlətmə” kafedrası üzrə 2019-cu ildə müdafiə olunmuş bakalavr buraxılış işləri (el. variant)

DƏRS MƏLUMAT FORMALARI (SYLLABUS)

.    isletme kapak      turizm kapak   uluslar kapak

Biznesin təşkili və idarə edilməsi       Turizm və otelçilik           Beynəlxalq münasibətlər
.            (İşletme)                                (Turizm ve otelcilik)           (Uluslararasi ilişkiler)

*
İxtisaslar
: 

Biznesin təşkili və idarəedilməsi (Bakalavr-Magistratura)
Beynəlxalq münasibətlər(Bakalavr-Magistratura)
Turizm və Otelçilik (Bakalavr-Magistratura)
*

Tədris Olunan Əsas Fənlər:

  1. Biznesin təşkili və idarə edilməsi

 

  • İşletme Bilimine Giriş
  • İşletme Yönetimi
  • İşletme Finansı
  • İnsan Kaynakları Yönetimi
  • İşletme Matematiği
  • Pazarlama Yönetimi
  • Şirketler Muhasebesi
  • Sayısal Kararverme Teknikleri
  • Menkul Değerler Yatırım Analizi
  • Stratejık Yönetim ve İşletme Politikası
  • Borçlar Hukuku

 

  1. Beynəlxalq münasibətlər

 

  • Uluslararası Örgütler
  • Uluslararası İlişkilerde Kuvvet Kulanımı
  • Uluslararası Finans
  • Uluslararası İlişkilere Giriş
  • Uluslararası Diplomasi
  • Karabağ Sorunu
  • Bölgesel Siyaset: Güney Kafkasya
  • Uluslararası Sermaye Piyasaları
  • Siyasal Düşünceler Tarihi
  • Karşılaştırmalı Siyasal Sistemler

 

  1. Turizm və Otelçilik

 

  • Kongre Turizmi
  • Turizmde Güncel Sorunlar
  • Otel İşletmelerinin Yönetimi
  • Ön Büro Yönetimi ve Otomosyon
  • Davranış Bilimleri
  • Turizm Pazarlaması
  • StratejikYönetimveİşletmePolitikası
  • TurizmYatırımlarıveProjeAnalizi

 

Professor-müəllim heyəti:

  1. i.f.d., dos. Quliyev Oqtay Qulu (kafedra müdiri) (0.5)
  2. b/m. Əliyev Yusif  Nadim ( 0,5) (Türk dün.işlət. fak. dekan müav.)
  3. i.f.d., dos. Əhmədov Fariz  Saleh  (0.5) (BMD mərkəzinin rəhbəri)
  4. i.f.d, dos. Musayev Gəray Cümşüd (0.5)
  5. coğ.f.d., dos. Bayramlı Qadir Nəzir
  6. riy.f.d., dos. Salihova Südabə Qismət
  7. i.f.d., dos. Qasimov Raqif Xanbala (0,5) [TKQİM-in direkt.]
  8. siy.e.f.d.,b/m. Məmmədli Elşən Xalid
  9. siy.e.f.d.,b/m. Cəfərov Nazim Kamil
  10. b/m. Əliyeva Bəsti Məhər
  11. b/m. Xanəhmədov Nəriman Kərəm
  12. siy.e.f.,b/m. Məmmədov Aqil Arif
  13. b/m.Əhmədov Turan Ələkbər
  14. müəl.Həsənov Ziyadxan Əli
  15. müəl.Əkbərov Şahin Şükür
  16. müəl.Məmmədova Mətanət Rəfail
  17. müəl.Hüseynova Günel Şamxal
  18. müəl.Mirzəyeva Gülnar İsmayıl 
  19. müəl.Sultanlı Leyla Çingiz (0.5)
  20. müəl.Məcidli Famil Sərdar
  21. müəl.Məmmədli Qələndər Rizvan
  22. müəl.Sərxanov Teymur Rafiq
  23. müəl.Quliyeva Nigar Firdovsi
  24. müəl.Paşayeva Pərvin Rəsul (0.5)
  25. Məmmədov İlkin Müslüm (0.5)
  26. müəl. Qarayev Kəniş Əmrah 
  27. müəl. Cabbarlı Fərid İlham 
  28. müəl. Eminov Mirsahib Mirmöhsüm (0,5)
  29.  Əbdülrzazadə Salman Rəsul (0,5)
  30. müəl. Muradzadə İmanqulu Nizami
  31. müəl. Əhədov Rəşad Azad
  32. müəl.Musəvi Şəfəq Vüqar
  33. müəl.Ələsgərova Xəyalə Hətəm
  34. müəl.Şəfiyeva Vəfa Məmmədəmin (0.5)
  35. müəl.Əliyev Təbriz Ərzuman (0.5)
  36.  müəl.Namazov Namiq Faiq (0.5)
  37. müəl.Babaşova Səkinə İsa
  38. müəl.Vəliyev Tural Vahid
  39. müəl.Akbullaev Nurkhodzha
  40. müəl.Eminov Mirsahib Mirmöhsüm
  41. müəl.Əliyev Vasif Zirəddin
  42. müəl.Ağaməmmədli Fuad Paşa
  43. müəl.Rzalı Şəmsi Pərviz
  44. müəl.Azadov Əlabbas Ağarza
  45. müəl.Musəvi Səbinə Vüqar

*

Kafedra müəllimlərinin AKADEMİK PROFİLLƏRİ

Kafedra müəllimlərinin e-mail siyahısı