UNEC komandası Fəxri Fərmanla təltif olunub

05 APREL 2017 | VIEWS:
2240

UNEC-in tələbələrdən ibarət komandası Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan səmti müəyyənetmə idman növü üzrə Beynəlxalq Kubok yarışlarında iştirak edib.

Yarış Xaçmazın Nabran və Şabranın Qalaaltı meşə zolaqlarında keçirilib. Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışda Türkiyə, Ukrayna və Rusiyanın nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 10 komanda 9 kateqoriya üzrə orta və uzun məsafədə yarışıblar. 150-dən çox idmançının mübarizə apardığı Beynəlxalq Kubok yarışları xarici mütəxəssislər tərəfindən çəkilən beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.

Gərgin keçən mübarizənin sonunda UNEC komandası yarışmada fəal iştirakına görə “Fəxri Fərmanla” təltif olunub. Rus İqtisadiyyat Məktəbinin III kurs tələbəsi Mayya İsmayılova isə qızlar arasında şəxsi yarışda III yerə layiq görulüb.

UNEC-in 2 qız və 4 oğlandan ibarət komandasına “İqtisadçı” idman klubunun məşqçi-müəllimi Qəzənfər Cəfərov rəhbərlik edib. UNEC komandasını Rus İqtisadiyyat Məktəbinin tələbələri Mayya İsmayılova, Anelya Balabəyova, Ömər Əzizli, İqtisadiyyat fakültəsinin tələbələri Mirbaba Heydərli, Vasif Həsənli və SABAH qruplarının tələbəsi Elçin Zəkəriyyəyev təmsil edib.

2241 1