UNEC müəllimləri dünyanın nüfuzlu tədqiqatçıları ilə bir sırada

16 YANVAR 2017 | VIEWS:
2932

Fransada nəşr olunan nüfuzlu “Outre-Terre Revue française de géopolitique” jurnalının sonuncu sayı Avrasiya regionuna həsr edilib. Dünyanın nüfuzlu alim və tədqiqatçılarının məqaləsi dərc edilən jurnalda UNEC müəllimlərinin də elmi əsərləri yayımlanıb.

Nüfuzlu beynəlxalq nəşrdə UNEC-in “İqtisadiyyat və İşlətmə” kafedrasının müəllimi, beynəlxalq münasibətlər üzrə elmlər namizədi Nazim Cəfərovun “Azərbaycan-Rusiya münasibətlərində geomədəni amillər”, UNEC-in “İqtisadiyyat və İşlətmə” kafedrasının müəllimi Araz Aslanlının “Azərbaycanın enerji strategiyası”, eləcə də Araz Aslanlı ilə Milli Məclis Aparatı Analitik informasiya şöbəsinin müdir müavini, elmlər doktoru Hatəm Cabbarlının birgə qələmə aldığı “Türkiyə-Azərbaycan: ideoloji bağlar, yoxsa strateji münasibətlər” adlı əsərləri yer alıb.

Azərbaycanlı tədqiqatçıların əsərlərində Azərbaycanın xarici siyasətinin ümumi strukturu, konkret olaraq enerji siyasətinin əsasları, qonşu dövlətlərdən xüsusilə Türkiyə və Rusiya ilə olan münasibətlər geniş təhlil edilıb, gələcəyə dair mülahizələr yürüdülüb.

“Outre-Terre Revue française de géopolitique” jurnalının baş redaktoru Paris Sorbonne Universitetinin professoru Mişel Korinmandır.

Məqalələrlə burada tanış ola bilərsiniz:

http://www.cairn.info/revue-outre-terre-2016-3.htm

http://www.cairn.info/revue-outre-terre-2016-3-p-315.htm  

http://www.cairn.info/revue-outre-terre-2016-3-p-326.htm

http://www.cairn.info/revue-outre-terre-2016-3-p-342.htm

2933 1