Mayın 19-də Ali təhsil müəssisələri işçiləri arasında keçirilən Voleybol üzrə Respublika Spartakiadasında UNEC komandası finala vəsiqə qazanıb. Spartakiada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olub.
Gərgin keçən yarışda UNEC müəllimlərindən ibarət komanda Qafqaz və Azərbaycan Universitetinin komandalarını 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, mayın 17-18-də komandamız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandalarına 2:0 hesabı ilə qalib gəlib.
UNEC-in müəllimlərindən ibarət komandanın məşqçisi və kapitanı “İdman” klubunun müəllimi Vahid Yolçuyevdir.
Komandamızı təbrik edirik!