UNEC professoru Ümumrusiya İqtisad Toplantısında

13 NOYABR 2017 | VIEWS:
1989

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Moskva şəhərində Dövlət Kreml Sarayında keçirilən Ümumrusiya İqtisad Toplantısında iştirak edib.

Rusiyanın Federal Məclisinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyanın hökümət, biznes və elm nümayəndələri ilə yanaşı, xarici universitet və ölkə səfirliklərinin də əməkdaşları iştirak edib.

Toplantı çərçivəsində UNEC professorunun bir sıra nüfüzlü elmi təşkilat və universitet nümayəndələri ilə görüşü olub. Görüşdə Z.Məmmədov UNEC-in beynəlxalq əlaqələri, nüfuzlu elmi təşkilatlarla əməkdaşlığı barədə ətraflı məlumat verib. UNEC-in təşəbbüsü ilə yaradılan Türk Dünyası İqtisadçılar Birliyinin (TDİB) fəaliyyəti haqqında danışıb.

Elm və təhsil sahəsi istiqamətində aparılan müzakirələrdə Rusiya Azad İqtisadçılar Cəmiyyəti ilə TDİB-in əməkdaşlıq imkanlarına toxunulub. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq hər iki ölkədə iqtisad elminin və tədrisinin inkişafına yeni imkanlar yarada bilər. Görüş zamanı Rusiya Azad İqtisadçılar Cəmiyyəti UNEC-də yaradılacaq yeni kitabxananın iqtisadiyyat sahəsində dərslik və monoqrafiyalarla təmin olunmasına dəstək göstərəcəyini də bildirib.


1990 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna