UNEC professoru Polotsk Dövlət Universitetində

15 YANVAR 2018 | VIEWS:
1602

uchrezhdenie-obrazovaniya_polotskij-gosudarstvennyj-univ_polotsk-streletskaya-4_o-kompanii_1UNEC-in Maliyyə və maliyyə institutları kafedrasının professoru, iqtisad elmləri doktoru Elnur Sadıqov Belarus Respublikasının Polotsk Dövlət Universitetində mühazirə keçib.

Maliyyə iqtisad fakültəsinin magistrlərinə “Beynəlxalq valyuta və kredit münasibətləri” və “Bank əməliyyatları” fənnini tədris edən UNEC professorunun mühazirəsi böyük maraqla qarşılanıb. E.Sadıqov müasir valyuta problemlərinə aid məsələlərlə bağlı sualları cavablandırıb, mövzu ilə bağlı geniş müzakirələr aparıb. Fakültə rəhbərliyi və ixtisas kafedralarının əməkdaşları professorun dərs metodikasını yüksək qiymətləndiriblər, UNEC-lə daha geniş formatda əməkdaşlıq etmək istədiklərini bildiriblər.

1603 1