Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin sıralamasında iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. Mövzu ilə bağlı Azərbaycan Dövlət televiziyasının “Səhər” proqramında müzakirə aparılıb. Verilişin qonağı UNEC-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri Anar Kazımov olub. A.Kazımov UNEC-də həyata keçirilən islahatlardan, beynəlxalq əlaqələrdən danışıb.
UNEC-in Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru Raqif Qasımov isə UNEC-də uğurla tətbiq edilən “Elektron Universitet Modeli” haqda məlumat verib. Ali təhsil müəssisəsində innovativ tədrisin üstünlüklərindən söz açan R.Qasımov “Elektron Universitet Modeli”ni gələcəkdə sosial şəbəkəyə çevirməyi düşündüklərini bildirib.
*