UNEC rektorunun I kurs tələbələrinə təbrik müraciəti

14 AVQUST 2017 | VIEWS:
1224

UNEC-in I kursuna qəbul olan əziz tələbələr! 

Hər birinizi UNEC ailəsi adından salamlayır, qürurverici uğurlarınıza görə təbrik edirəm.

Çəkilən heç bir zəhmət bəhrəsiz qalmır. Bunu Siz uzun zamandır əzmkarlıqla çalışaraq, tələbə adını qazanmağınızla bir daha sübut etmiş oldunuz. Sizinlə birlikdə çəkilən zəhmətdə əvəzsiz payı olan dəyərli valideynlərinizi də səmimi qəlbdən təbrik edirəm.

UNEC durmadan uğurlarına uğur qataraq innovativ, dünya səviyyəli universitet adını qazanmaq yolunda əzmlə addımlayır. Sözsüz ki, hər bir uğurumuzda tələbələrimizin özünəməxsus rolu vardır və biz bundan böyük fəxr hissi duyuruq. 

Peşəkar mütəxəssis hazırlığı üçün daim çalışan universitetin bütün heyəti Sizə təhsil müddətinizdə müasir bilik və təcrübələrini çatdırmaq üçün əlindən gələni əsirgəməyəcək, hər bir addımınızda yanınızda olacaqdır. 

Elm və təcrübənin üfüqündə qazanacağınız bütün bilik və bacarıqların Sizi həyatın hər bir mərhələsində lider şəxsiyyət edəcəyinə əminəm. 

Gələcəyin universiteti UNEC ilə Siz, universitetin gələcəyini – tarixi uğurları yaradacaqsınız. 

UNEC-i seçdiyinizə görə hər birinizə təşəkkür edir, uğurlu və mənalı universitet həyatı arzulayır, bir daha hər birinizi təbrik edirəm!

 

Hörmətlə,
UNEC-in rektoru,
professor Ədalət Muradov

1225 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno