UNEC təhsil xidməti ixracını genişləndirir

10 SENTYABR 2018 | VIEWS:
787

 UNEC ölkə xaricində orta ixtisas təhsili üzrə də mütəxəssis hazırlığına başlayır.

Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin əmri ilə rəsmi lisenziya əsasında fəaliyyət göstərən UNEC-in Dərbənd filialında region üzrə iqtisadi təhsilin genişləndirilməsi istiqamətində yeni imkanlar yaradılıb. Bu ilin avqust ayında Rusiya Federasiyası Təhsil və Elm sahəsinə nəzarət federal xidməti (Рособрнадзор) tərəfindən imzalanmış əmrə əsasən, UNEC-in Dərbənd filialında ali təhsil ilə yanaşı orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı da həyata keçiriləcək. Bununla da UNEC – təhsilin hər iki istiqaməti üzrə ölkə xaricində tədris fəaliyyəti göstərən ilk Azərbaycan universiteti olub.

UNEC-in Dərbənd filialında orta ixtisas təhsili üzrə qəbul prosesi Rusiya Federasiyasının qəbul qaydaları əsasında aparılacaq. Filialda maliyyə, bank işi, tətbiqi informatika, informasiya sistemləri, iqtisadiyyat və mühasibat uçotu  üzrə mütəxəssislər hazırlanmaqla 5  ixtisas üzrə tədris aparılacaq.

Məlumat üçün bildirək ki, 2016-cı ildən etibarən UNEC Avropa İttifaqına üzv olan ölkədə də mütəxəssis hazırlığını həyata keçirir. UNEC ilə Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında bağlanan müqaviləyə əsasən Yunanıstanda birgə magistr proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir və bu ilin sonunda ilk məzunlar müvafiq diplom alacaqlar.

<a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4161-unec-tehsil-xidmeti-ixracini-genishlendirir”></a>

788 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno