Biznes və Menecment, İqtisadiyyat, Rus İqtisad Məktəbi, Maliyyə və Mühasibat, Əmtəəşünaslıq, Texnologiya və dizayn fakültələrinin iştirak etdiyi ekskursiyada Tələbələr Xalq Cümhuriyyətinin ilk üçrəngli bayrağını maraqla qarşılayıblar.
Ziyarətçilər muzeydə ekspozisiyaların nümayiş etdirildiyi 6 zal ilə tanış olublar. İlk zalda Azərbaycanın dövlət rəmzləri – üçrəngli bayraq, gerb, himn və Konstitusiyanı əks etdirən sənədlər, eləcə də istiqlaliyyət tarixini, görkəmli şəxsiyyətlərin həyatını əks etdirən fotolar, müxtəlif məlumatlar yer alıb. İkinci zalda Azərbaycan tarixinin XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək olan dövrü əks etdirilib. Zalın digər bölməsində 31 mart soyqırımına həsr olunan fotofaktlar, arxiv materialları, sənədlər nümayiş olunub. XX əsrin sonunda milli-azadlıq hərəkatına, Qarabağ müharibəsinə həsr olunan ekspozisiyanın yerləşdiyi növbəti zalda Azərbaycanın yeni tarixi əks olunub. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni terroru, 20 Yanvar qırğını, Xocalı soyqırımı barədə fotolar, müxtəlif sənədli materiallar sərgilənib.
Muzeyin Azərbaycan Respublikasının tarixinə və Heydər Əliyevin fəaliyyətinə həsr edilən zalı UNEC tələbələrinin xüsusi marağına səbəb olub. Burada Heydər Əliyevin daxili və xarici siyasəti, neft strategiyası barədə tarixi faktlar, sənədlər, kitab və qəzet materialları yer alıb. Həmçinin prezident İlham Əliyevin fəaliyyəti, son illərdə Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat və fotolar da nümayiş olunub.