UNEC Yaradıcılıq Mərkəzinin iştirakı ilə fakültələrdə qeyd olunan tədbirlər müxtəlif formatda keçirilib.
UNEC SABAH qruplarının tələbələri yeni il şənliyini “illik mədəni hesabat” formatında təqdim edib. Təntənəli gecədə SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova və UNEC SABAH Mərkəzinin rəhbəri Aida Quliyeva Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib. Bildirib ki, bu tarix ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin rəmzidir.
Tələbələr tədbirin bədii hissəsini Vyana bal rəqsləri ilə başlayıblar. Gecədə istedadlı tələbələrin ifasında melodiyalar səsləndirilib. Xüsusi diqqət çəkən məqamlardan biri SABAH müəllimləri ilə tələbərinin birgə hazırladığı müasir rəqslərdən ibarət “Flash mob” olub.
Rus İqtisadiyyat Məktəbində qeyd edilən konsert proqramında isə “RES Star”ın yaradıcı gəncləri fəal iştirak ediblər. Gecədə həmçinin “RES Vijion” mahnı müsabiqəsi də keçirilib. Rüfət Babayev valideynlərə həsr etdiyi mahnı ilə “RES Vijion” kuboku ilə mükafatlandırılıb.
Biznes və Menecment fakültəsi bu önəmli günü Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə təşkil edib. “IV kurslara vida” adlı musiqili-əyləncəli gecədə fakültənin şən və hazırcavablar klubunun səhnəcikləri xüsusi diqqət çəkib. UNEC-in ictimai həyatında fəal edən IV kurs tələbələrinə aid qısa film nümayiş etdirilib, onlar təşəkkürnamə ilə təltif olunublar