UNEC tələbələri dünya çempionatına hansı layihələrlə gedir – MÜSAHİBƏ

22 SENTYABR 2017 | VIEWS:

fuad_4111-002UNEC-in Karyera Mərkəzinin direktoru, “Enactus UNEC” komandasının məsləhətçisi Fuad Əliyev Azərbaycanı dünya çempionatında təmsil edəcək Enactus UNEC komandasını qalib edən layihələrdən danışır:

–  Fuad müəllim, öncə “Enactus” beynəlxalq proqramının əhəmiyyəti barədə danışardınız.

–    “Enactus” (SIFE) proqramı 70-ci illərin ortalarında ABŞ-da yaradılıb. 1984-cü ildə “Enactus” müsabiqəsində ABŞ universitetlərindən cəmi 17 komanda iştirak etmişdi. 10 ildən sonra, 1994-1995-ci akademik illərdə isə bu proqrama cəlb edilən tələbələrin sayı 30 000-ə yaxın olub və müsabiqəyə 171 komanda qatılıb. Bu gün isə 36-ya yaxın ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən “Enactus” Dünya Kubokunda öz ölkələrini və Universitetlərini təmsil edirlər. “Enactus” proqramı genişlənərək dünyanın ən iri təşkilatlarından birinə çevrilib. “Enactus” bu günün və sabahın biznes liderlərini bir araya toplayan və biznesin müsbət gücü ilə insanların həytlarını yaxşılığa doğru dəyişən beynəlxalq proqramdır. Bu proqramın sosial əhəmiyyətliliyi – insanların həyat və yaşam standartlarını yaxşıllaşdırılması, yeni iş yerlərinin açılması, insanların işlə təmin olunmasıdır. “Enactus” proqramı gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək “Enactus” proqramının əsas məqsədlərindən biridir.

“Enactus” proqramının ictimai fəlsəfəsi budur ki, “Mənə balıq vermə ki, bir gün ac qalmayım, mənə balıq tutmağı öyrət ömürlük ac qalmayım”.  Akademik tədris ili “Enactus”un Milli (Respublika) Yarışı ilə yekunlaşır. Bu müsabiqə hər bir komandaya özlərinin işlədiyi və hazırladığı layihələri münsiflər heyəti qarşısında təqdim etmək imkanı verir. Hazırlanan layihələr cəmiyyət və insanların həyat səviyyəsinin və yaşayış standartlarının təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərməsi baxımından qiymətləndirilir. “Enactus” proqramını tətbiq edən hər bir ölkə ən azı respublika yarışını təşkil etməlidir. Yarışın nəticəsi olaraq bir universitet qalib elan olunur və “Enactus” Dünya Kubokuna vəsiqə qazanır.

Yarışın keçirilməsində məqsəd Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. “Enactus” proqramının Azərbaycanda fəaliyyəti gələcəkdə biznes və sahibkarlıq sahəsində istedadlı və təcrübəli kardların sayının çoxalmasına böyük təsir göstərir. “Enactus” proqramı vasitəsilə tələbələr qazandıqları bilikləri təcrübədən keçirir, gənc liderlər kimi formalaşır, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərir, ehtiyacı olan insanlara biznes və iqtisadi bilikləri aşılayaraq, insanların həyat və yaşam keyfiyyətlərinin yaxşılaşmasına kömək edir və ən əsası da ehtiyacı olan insanlar üçün daimi iş yeri yaradırlar.

Layihələrdə – biznes, sosial, ekoloji, sahibkarlıq yanaşması, insan həyatının yaşam və keyfiyyət standartlarının yaxşılaşdırılması amilləri nəzərə alınır. “Enactus” proqramı dinamik və rəqabətli qlobal iqtisadiyyat şəraitində uğurlu fəaliyyət göstərmək üçün bu günün tələbələri, gələcəyin sahibkarları və iş adamları, eyni zamanda gələcək “Enactus” müsabiqələrinin münsifləri olacaq gənclərdə lazımi bilik və vərdişlərin, bacarıq və qabiliyyətlərin formalaşmasında mühüm rol oynayır. Hər il “Enactus” Dünya Kubokunda müxtəlif ölkələrin öndə gedən şirkətlərindən münsiflər qismində nümayəndələr iştirak edir. Tədbirdə dünyanın 436 ən iri şirkətləri təmsil olunacaq. “Enactus” proqramına qoşulmaqla “Enactus” Milli Yarışında və “Enactus” Dünya Kubokunda iştirak edərək dünyanın ən iri şirkətləri ilə əməkdaşlıq etmək mümkündür.

– “Enactus UNEC” komandasının bu sahədəki təcrübəsi kifayət qədər hesab edilir?

– “Enactus UNEC” komandası “Enactus”un Azərbaycanda fəaliyyətə başladığı ilk ildən bu günə qədər bütün yarışlarda fəal iştirak edib. Komandamız 2006, 2008 və bu il keçirilən “Enactus” Milli yarışlarında qalib olub. 2006-cı ildə komandamız Fransada, 2008-ci ildə isə Sinqapurda ölkəmizi layiqincə təmsil edib. Bu il isə komandamız 2017-ci ilin qalibi olaraq Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək “Enactus” Dünya Kuboku yarışlarında üç layihə ilə Azərbaycanı təmsil edəcəkdir. Yarışlar zamanı UNEC komandası “ən yaxşı biznes ideya” və “ən yaxşı innovativ layihə” nominasiyalarına layiq görülüblər. Bundan başqa komandamız müxtəlif vaxtlarda AGBank tərəfindən elan edilən “Tələbələr üçün bank məhsulunun yaradılması” və MyBrands şirkətinin marketinq araşdırmasının aparılması üzrə biznes yarışının qalibi olub. Ümumiyyətlə, “Enactus UNEC” komandası Azərbaycanın ən güclü komandalarından biridir.

– “Enactus” beynəlxalq proqramının Londonda keçiriləcək final mərhələsində UNEC komandası üç biznes layihə ilə yarışacaqlar. Bu layihələr barədə məlumat verməyinizi xahiş edirəm.

– Sentyabrın 26-da Londonda keçiriləcək yarışda komandamız “Proboard” (istifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması), “From waste of food to great business” (Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi) və “Misgər” (Sənətkarlıq məhsullarının satışı) biznes layihələrini təqdim edəcək.

İlk olaraq “Proboard” layihəsi haqqında məlumat vermək istərdim. Bildiyimiz kimi, dünyada o qədər məhsullar var ki, ikinci dəfə istifadəsi mümkün olduğu halda onlardan istifadə edilmir. Apardığımız araşdırmalara görə ölkəmizdə çoxlu iş yerlərində, universitetlərdə, kurslarda bannerlərdən istifadə olunur, lakin müəyyən bir müddətdən sonra istifadəyə yararsız olduğu üçün bu bannerlər həmin müəssisələr tərəfindən tullanılır, eyni zamanda mühitə zərər verir. Ölkəmizdə 53 universitet, 19 kollec, 4462 məktəb var və bu təhsil müəssisələrində proyektlərdən geniş istifadə olunur. “Enactus UNEC” komandası olaraq araşdırıb qərara gəldik ki, əlimizdə olan resurslar nəticəsində proyektor lövhəsini hazırlamağımız mümkündür. Növbəti mərhələdə işsiz ustaları bu işə cəlb etdik. Daha sonra resuslardan istifadə edərək bu proyektor lövhələrini hazırladıq və satışları həyata keçirməyə başladıq.

Növbəti layihəmiz “Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi” layihəsidir. Burada əsas məqsəd qida tullantılarından təbii gübrənin hazırlanması və gübrənin məqsədyönlü istifadəsi ilə bitkilərin və layihənin sonunda kiçik botanika bağının yetişdirilməsidir.

Layihəni üstün edən bir neçə aspekti qeyd etmək istərdim. Bunlardan biri layihənin ekoloji tərəfləridir. Bunlar tullantısız istehsala keçilməsi, təbii bitki və heyvani mənşəli tullantıların yenidən istifadə edilməsi, kimyəvi qatqı olmadan təbii gübrənin alınması, orqanik bitkilərin, o cümlədən, tərəvəzlərin yetişdirilməsidir. Bunların hər biri insanlar üçün ekoloji cəhətdən təmiz və orqanik bir mühitin yaradılması ilə bərabər təbii gübrəyə çevrilə biləcək tullantıların düzgün yerində və məqsədyönlü istifadəsini təmin edir.

Layihənin bir başqa tərəfi də onun sosial olmasıdır. Bu əsasən şəhər içərisində insanların dincələ bilməsi üçün təbii ortamın yaradılması, stresin azaldılması, ekoloji tarazlığın qorunması barədə maarifləndirici xarakter daşıması, insanlarda şəhər həyatında da tullantını azaltmaqla təbii ortam və orqanik bitkilər yetişdirmə fikrinin oyadılmasıdır.

Üçüncü layihəmiz isə “Misgər” (Sənətkarlıq məhsullarının satışı) biznes layihəsidir. Bu layihənin əsas məqsədi misgərlik sənəti ilə məşğul olan sənətkarların əl işlərinin on-line satışını həyata keçirməklə onların biznesini inkişaf etdirmək və ümumiyyətlə misgərlik məhsullarının Azərbaycan məhsulu olaraq dünya bazarına çıxarılmasına kömək etməkdir.

– Layihələr əsasən ekologiya ilə bağlıdır. Sizcə, nəyə görə daha çox bu mövzuya müraciət ediblər?

– Layihələrimizin həm ekologiya, həm də qida təhlükəsizliyi ilə əlaqədar olması bu mövzuların hər zaman aktuallığı ilə bağlıdır. Bildiyimiz kimi, dünyada və eləcə də Azərbaycanda milyon tonlarla tullantılar atılır və bu ekoloji tarazlığın pozulmasına səbəb olur. Hazırladığımız layihələrlə biz qismən də olsa bu problemlərin həllinə töhfə vermək istədik və bunu həyata keçirdik.

– Bu müsabiqədə iştirakı UNEC və tələbələrə qazandırdığı əsas üstünlükləri necə səciyyələndirərdiniz?

– “Enactus” proqramının Azərbaycanda fəaliyyəti gələcəkdə biznes və sahibkarlıq sahəsində istedadlı və təcrübəli gənc kardların sayının artmasına böyük təsir göstərir. “Enactus” proqramı vasitəsilə tələbələr qazandıqaları bilikləri təcrübədən keçirir, gənc liderlər kimi formalaşır, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərir, ehtiyacı olan insanlara biznes və iqtisadi bilikləri aşılayaraq, insanların həyat və yaşam keyfiyyətlərinin yaxşılaşmasına köməklik edir və ən əsası da ehtiyacı olan insanlar üçün daimi iş yeri yaradırlar.

Yarışlarda iştirakın UNEC-ə və onun tələbələrinə qazandırdığı üstünlükləri əlbəttə ki, çoxdur. Məlumat üçün deyim ki, Dünya Kuboku yarışlarında dünyanın 36 ölkəsindən olan aparıcı universitetlər iştirak edəcəkdir və belə mötəbər yarışda UNEC-in Azərbaycanı təmsil etməsi və adının dünyanın aparıcı universitetləri ilə yanaşı çəkilməsi təqdirəlayiq haldır. Heç kimə sirr deyil ki, artıq UNEC bir çox beynəlxalq tədbirlərdə müvəffəqiyyətlə iştirak edir və uğurlar əldə edir. Son illər UNEC-in beynəlxalq reytinqinin yüksəlməsi də buna əyani sübutdur.

Tələbələrimizə gəlincə, bu tədbirdə iştirak etməklə onlar beynəlxalq təcrübə əldə edəcək, dünyanın aparıcı universitetlərinin komandaları ilə ünsiyyət qurub əməkdaşlıq edəcək, hazırladıqları layihələri beynəlxalq münsiflər heyətinin qarşısında təqdim edəcək və həmçinin yarışlarda qonaq qismində iştirak edən dünyanın aparıcı şirkətlərinin top liderləri ilə görüşərək öz bilik və bacarıqlarını artıra biləcək, “Enactus” beynəlxalq proqramının dünya gənclərinə yaratdığı üstünlüklərdən maksimum yararlanacaqlar.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis