Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbinin bir qrup tələbəsi “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında Biləsuvar rayonunun Əliabad kəndinə səfər edərək, Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun ailə üzvləri ilə görüşüblər.
Fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan görüşdə Milli Qəhrəmanın atası Ağakərim İbrahimov tələbələrə Mübariz İbrahimovun misilsiz şücaətindən, Vətən və Millət naminə fədakarlığından söz açıb, onun keçdiyi döyüş yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunun vurğulayıb. Sonra tələbələr Milli Qəhrəmanın ev muzeyi ilə tanış olublar.
UNEC tələbələri muzeyin xatirə dəftərinə ürək sözlərini yazıblar.