UNEC-in ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda qədim ənənələrə söykənən Novruzda kitab oxumaq vərdişini gündəmə gətirmək məqsədi daşıyan “Kitab at!” layihəsi davam edir.
Layihə çərçivəsində Gəncə şəhər YAP Gənclər Təşkilatının aktiv gənclərindən ibarət könüllülərin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sindən ibarət 5000 kitab şəhər sakinlərinə hədiyyə edilib.
UNEC-in dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində ötən il tələbə könüllülər uşaq ədəbiyyatı, şeir və romandan ibarət on min kitabı Bakı, Gəncə və Abşeron sakinlərinə hədiyyə olaraq paylayıblar.