UNEC-də 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə konsert təşkil edilib. Tələbələrlə iş üzrə prorektor, əməkdar müəllim Səadət Qəndilova ilk olaraq ali məktəbin bütün xanım əməkdaşlarını, tələbələrini UNEC adından, rektor, professor Ədalət Muradov adından təbrik edərək, qadınlara arzularını çatdırıb.
Sonra tədbir konsert proqramı ilə davam edib. UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin musiqi nömrələri və şeirləri səsləndirilib, rəqslər ifa edilib.
Tələbələrin konsert proqramı xanımlar tərəfindən maraqla qarşılanıb.