UNEC tələbəsi beynəlxalq müsabiqədə dünya birincisi olub

04 OKTYABR 2021 | VIEWS:
333

nurcan_dashdemorov_21UNEC tələbəsi Dünya Mirası Şəhərlər Təşkilatının (OWHC) keçirdiyi beynəlxalq müsabiqənin qalibi olub.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 3-cü kurs tələbəsi Nurcan Daşdəmirovanın Beynəlxalq Video Hazırlama müsabiqəsinə təqdim etdiyi BUTA- yaranışın ilk rüşeymi adlı videosu öncə Azərbaycanda, daha sonra isə dünyada birinci yerə layiq görülüb.

Videoda İçərişəhərin tarixi məkanları izləyicilərə vizual şəkildə tanıdılır, pandemiya nəticəsində Bakıda baş verən dəyişikliklər, turizm sektoruna və ümumilikdə iqtisadiyyata dəyən ziyan barədə təsəvvür yaradılır. Sonra isə Covid-19-un təsirlərinin aradan qaldırılması yolları səsləndirilir və onların şəhərimizdə həyata keçirilməsinə başlanıldığı vurğulanır. Eyni zamanda tələbə videoda şəhərimizin bu çətinliklərin öhdəsindən gələcəyinə inandığını bildirir və bunu milli simvolumuz olan və “yaranışın ilk rüşeymi” mənasını bildirən “BUTA”da  görür. Sonda isə video tələbənin ifasında, Azərbaycanımızın milli rəqsi olan “Qaval rəqsi” ilə başa çatır.

*

https://news.unec.edu.az/xeber/105-telebe/7852-unec-telebesi-beynelxalg-musabigede-dunya-birincisi-olub

334 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno