UNEC-in tələbəsi Aslan Əzimzadə “Rossostrudniçestvo” agentliyinin Fəxri Fərmanı ilə təltif edilib. UNEC-in Yaradıcılıq Mərkəzinin üzvü olan A.Əzimzadə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) tədbirlərində fəal iştirakına görə bu mükafata layiq görülüb.
Mükafatı “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov təqdim edib.