7 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1988-1998-ci illərdə Garadağ rayonu 106 saylı orta məktəbdə təhsil alıb.
1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili alıb, 2002-2004-cü illərdə magistartura proqramı üzrə təhsil alıb.
2004-cü ildən bu günə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasında əvvəlcə baş laborant sonra isə müəllim vəzifəsində çalışıb. 2007-2011-ci illərdə “Pyramid Group” MMC-nin direktoru vəzifəsində çalışıb. 2011-2013-cü illərdə “Siren Trading” MMC şirkətində əvvəlcə “Təlim departamentinin” direktoru, sonradan Regional ticarət direktoru vəzifəsində çalışıb.
20 may 2014-cü ildən bu günə kimi ADİU-nun təsisçiliyi ilə yaradılmış İnnovativ Biznes-İnkubatorun direktoru vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
İnnovativ Biznes-İnkubator Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 29 aprel 2014-cü il tarixli 128,6 №-li qərarı ilə təsis olunmuş və 20 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmişdir.
Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə hazırlıq aparan ali təhsil müəssisələrində gənclər üçün biznes, informasiya texnologiyaları inkubatorlarının yaradılması vəzifəsini yerinə yetirmək;
ADIU-nun professor-müəllim heyətinin təhsil və elmi-innovativ layihələrə cəlb etməklə onların sosial təminatının yaxşılaşdırılmaq;
Azərbaycanda gənc menecer və sahibkarların inkişaf etdirilməsi və startaplara öz bizneslərini qurmağda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi.