Xarici müəllimlərimizi tanıyaq: Nurhoca Akbulayev

27 OKTYABR 2016 | VIEWS:

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetininin tədris prosesinə (UNEC) dünyanın nüfuzlu ali məktəblərində təhsil almış Azərbaycanlı gənclər, o cümlədən xarici ölkələrdən olan professor-müəllim heyəti  cəlb edilir.

Məqsəd dünya universitetlərinin təcrübəsini UNEC-ə gətirməklə, tədrisin keyfiyyətini təkmilləşdirməkdən ibarətdir.  “Xarici müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində univeritetimizdə çalışan xarici müəllimləri təqdim edirik – Nurhoca Akbulayev.

Nurhoca müəllim Qırğızıstanın Cəlalabad şəhərində anadan olub. Bakalavr təhsilini Cəlalabad Kommersiya İnstitutunda Türk Dünyası İşlətmə fakültəsində (TUDİFAK) idarəetmə ixtisası üzrə başa vurub. 2003-cü ildə Türkiyənin Sakarya Universiteti Sosial Elmlər İnstitutunun Muhasibat və maliyyə ixtisası üzrə magistr pilləsini bitirib. 2012-ci ildə həmin institutda doktorluq dissertasiyasını müdafiə edərək, iqtisad elmləri  üzrə fəlsəfə doktoru dərəcəsini alıb. N. Akbulayev 2008-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə fakültəsində çalışır. UNEC-də maliyyə menecmenti, istehsal xərclərinin uçotu, investisiya analizi, maliyyə hesabatlarının analizi, büdcə planlaşdırması fənlərini tədris edir. Gənc, istedadlı müəllim bir çox xarici elmi beynəlxalq konfrans və elmi jurnallarda türk, rus və ingilis dillərində 30-dən çox elmi məqaləsi nəşr olunub.

-Nurhoca müəllim, necə oldu ki, UNEC-də fəaliyyətə başladınız?

-Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən UNEC-ə təyinat almışam. 2008-ci ilin sentyabr ayından burada çalışıram. Düzünü desəm, bir illik gəlmişdim UNEC-ə, amma indiyə kimi buradayam. Burada qalmaq səbəbim dostluq, qonaqpərvərlik, sevgi və hörmətdir. Məncə, dünyanın heç bir yerində bu dördlüyü bir yerdə tapmaq mümkün deyil.

 – Azərbaycanlı tələbələrlə münasibətiniz necədir, onların bilik səviyyəsi sizi qane edirmi?

-Mən auditoriyaya daxil olanda tələbələrimə deyirəm ki, bizim bir-birimizdən öyrənəcək çox şey var. “Müəllim hər şeyi bilir” fikrini qəbul etmirəm. Öyrənmək istəyi  olan tələbəyə dərs demək, əslində, müəllimi də daha çox öyrənməyə sövq edir. Belə olan halda qarşılıqlı bilik mübadiləsi yaranır, müəllim tələbəni öyrədərək mükəmməlləşir. Mən tələbələrə bilik verməklə yanaşı, həm də tələbələrimdən öyrənirəm. Çünki bu gün UNEC-i çox bacarıqlı gənclər seçir. Çalışıram tələbələrimə yaxın olum. Düşünürəm ki, peşəkar müəllim savadlı kadr olmaqla yanaşı, həm də psixoloq olmalıdır, hər auditoriyanın, tələbənin xarakterinə uyğunlaşmaqla onu idarə etməyi bacarmalıdır. Bilirsiniz, müəllim həm də tələbənin dostu olmalıdır. Onun bütün qayğılarından, problemlərindən xəbərdar olmalıdır.

– UNEC tələbəsinin əsas istəyi nədir?

-Tələbələrin istəyi mənim üçün də maraqlı olduğu üçün bu sualı mən onlara vaxtaşırı ünvanlayıram. Tələbələr daha sərbəst şəraitdə dərs keçməyi, müasir standartlara cavab verən kitabxanaların olmasını, dərsə davamiyyətin məcburi olmamasını, dərsdən sonra vaxtlarını səmərəli, həm də əyləncəli keçirmək üçün müəyyən guşələrin, mərkəzlərin olmasını istəyirlər. Həm də nəzəri biliklərdən çox, praktiki biliklərə yiyələnmək istədiklərini bildirirlər, təlim və seminarlara üstünlük veririlər. UNEC-də çox savadlı, istedadlı tələbələr var, ildən-ilə də belə tələbələrin sayı artmaqdadır. Xüsusən də, yeni yaradılan  Beynəlxalq magistratura və doktorantura mərkəzində təhsil alan tələbələrin bilik səviyyəsi çox yüksəkdir. Artıq UNEC-i daha bacarıqlı, savadlı gənclər seçir. Mən çox zaman universitetlə bağlı xəbərləri, məlumatları Radio UNEC-dən izləyirəm. Tələbələrim radio ilə çox maraqlanırlar. Hesab edirəm, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində, onların yaradıcılıq bacarıqlarının üzə çıxarılmasında həm Radio UNEC-in, həm də Yaradıcılıq Mərkəzinin mühüm rolu var.

 – UNEC-də tədrisin keyfiyyətinin artırılması məqsədi ilə atılan addımları     necə dəyərləndirirsiz?

Son dövrlərdə universitetdə aparılan yeniliklər çox təqdirəlayiqdir. UNEC-də təhsilin, tədrisin keyfiyyətini yüksəltmək üçün çoxsaylı layihələr həyata keçirilir. Bir neçə ildə universitetə 200-dən artıq gənc müəllim cəlb edilib ki, onların əksəriyyəti dünyanın nüfuzlu ali məktəblərinin məzunlarıdır. Bu çox mühüm göstəricidir. Onlar gənclərdir, potensialı çox böyükdür. Xarici dil bilikləri var, deməli daha çox biliyə sahib olmaq imkanları var. Bundan əlavə, xarici təcrübəni universitetimizə gətirirlər, təhsil aldıqları xarici universitetdə, yaşadıqları ölkədə qazandıqları dostlarla münasibətləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsində faydalı ola bilər.

UNEC-də həyata keçirilən yeniliklər sırasında mən differensial əmək haqqı sisteminin tətbiqini xüsusi vurğulamaq istəyirəm. Layihə Azərbaycanda ilk dəfə olaraq bu universitetdə tətbiq edilib. Onun nəticələri sentyabrda artıq açıqlandı. Mənim çalışdığım TUDİFAK, eləcə də kafedra və müəllimlərimiz reytinq sıralamasında ilk yerlərdə olub. Layihəyə start veriləndən universitetdə nəzəraçarpacaq canlanma yaranıb. Layihə müəllimlər arasında gərgin rəqabət mühitinin formalaşmasına gətirib çıxardı. Mənim özüm Azərbaycan vətəndaşı olmadığım üçün təəssüf ki, layihədə iştirak edə bilmədim. Hesab edirəm ki, bu yenilik UNEC-in həm də Azərbaycanın ali təhsil sisteminə verdiyi mühüm töhfədir. İnanıram ki, bu təcrübədən digər universitetlərdə faydalanacaq. Mənim təhsil aldığım Cəlalabad Kommersiya İnstitutu, onun rəhbərliyi ilə mütəmadi olaraq UNEC-dəki yenilikləri bölüşürəm. Sizə bir sirr açım, artıq Cəlalabad Kommersiya İnstitutu UNEC-də uğurla reallaşdırılan bu layihənin tədbiqi haqda düşünür.

Bu tədris ilindən müəllimlərin elmi fəaliyyətilə yanaşı, özünüinkişafı ilə bağlı yeni bir layihəyə də “Lider müəllim-lider universitet” start verilib. Layihə UNEC-in pedaqoji heyətinin peşəkarlıq qabiliyyətinin yüksəldilməsinə, elmi tədqiqatın təbliğinə, şəxsi inkişafın artırılmasına, sosial fəaliyyətlərə və ümumilikdə tədris prosesinə müsbət stimul verəcək. Əminəm ki, 7 növ “Lider müəllim” kriteriyaları üzrə aparılacaq rəqabət universitetdə tədrisin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə özünəməxsus töhfə verəcək. UNEC-də yeni tədris ilindən reallaşdırılan “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsinə start verib. Yenilik sayəsində UNEC-də tədris prosesinə tələbələri cəlb edilir, bunun nəticəsində keyfiyyətli tədrisin təşkilində tələbələrin iştirakı təmin edilir, onların ehtiyaclarına uyğun tədris standartları müəyyən edilir. UNEC tələbələrinin valideynləri, yaxınları istədikləri zaman dərslərdə iştirak edir, təkliflərini müəllimlərlə, kafedra müdirləri ilə bölüşürlər. Mən UNEC-in bu yeniliyini çox bəyənirəm. Tədrisin keyfiyyətinin yüksəldilməsi maddi-texniki bazanın səviyyəsindən çox asılıdır. Bu baxımdan maliyyə laboratoriysı, virtual müəssisə, innovativ bankçılıq laboratoriyaların fəaliyyətini müsbət dəyərləndirmək lazımdır. Bu gün UNEC çox universitetlərə nümunə olacaq ali məktəb olub.

– Qarşıya qoyulan məqsədlərə çatmaq üçün qarşıda hansı işlərin görülməsinə ehtiyac var?

UNEC İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti sırasında yer alıb. Amma unutmayaq ki, bu gün həm regional, həm də dünya təhsil xidmətləri sferasında çox ciddi rəqabət gedir və bu rəqabət güclənir. Hesab edirəm ki, görülən işlər, reallaşdırılan layihələr sayəsində universitetimiz bu rəqabətə tab gətirərək, çox qısa zamanda nəinki regionun, dünyanın aparıcı ali məktəbləri sırasında öz layiqli yerini tutacaq.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - onwin -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis