Mansur mRus İqtisad Məktəbinin direktoru i.e.n., dosent Bərxudarov Mənsur İsa oğlu 

Tel: +(994) 12 564-16-74 

e-mail: [email protected]
facebook: https://www.facebook.com/M.Barkhudarov
instagram:https://instagram.com/mnsurbrxudarov?utm_medi um=copy_link

CV

1961-ci il iyulun 23-də Yevlax rayonu Aşağı Qarxun kəndində anadan olmuşdur.
1968-1978-ci illərdə Yevlax rayonu Aşağı Qarxun kəndinin 8 illik məktəbində, sonra Yevlax r-nu 1 №-li orta məktəbdə təhsil almışdır.

1982-ci ildə T.Şevçenko ad. Kiyev Dövlət Universitetinə daxil olmuşdur. 1987-ci ildə həmin universiteti bitirmişdir.

1987-1990-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər Universitetinin «Siyasi iqtisad» kafedrasının baş laborantı olmuşdur.
1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin aspirantı olmuşdur.
1992-2014-cü illərdə İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş müəllim, dosent işləmişdir.

2003-cü ildə namizəlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

2014-cü ilin aprelindən 2016-cı ilin iyuluna kimi Azərbaycan Dövlət İqtisad Universitetinin BİM fakültəsinin dekanı olmuşdur.

2016-cı ildən UNEC-in Rus dilində Tədris Mərkəzinin direktorudur. 2017-ci ildən “İqtisadiyyat” (rus dilində) kafedrasının professorudur.

UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəridir.

Rusiya, Ukrayna, Almaniya, Yunanıstan, Türkiyə, İran, Gürcüstan, Qazaxstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdə keçirilmiş onlarla beynəlxalq forum və beynəlxalq konfransların iştirakçısı olub. Qloballaşma şəraitində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin xarici iqtisadi inkişaf problemləri onun əsas elmi- təqiqat mövzusudur. Azərbaycanda kütləvi informasiya vasitələrində mütəmadi olaraq ekspert kimi çıxış edir.

Hazırda «Qloballaşma şəraitində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin xarici iqtisadi əməkdaşlıq problemləri» mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

Ailəlidir. Üç övladı və dörd nəvəsi var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

UNEC 1 (8)1-Sakarya Universitesi Ziyaret_9488 (2)_resize (1)DSC_53881-DSC_8886 1614397_1375816719373306_8596379826108585413_o DSC_0051

dos. M.Bərxudarov UNEC NEWS-da

UNEC alimi elmi seminarda: “GUAM ölkələrində ikitəyinatlı materialların və texnologiyaların ixracına nəzarət” (04.04.2018)
UNEC-də konfrans: “Hüseyn Cavid irsi və müasir dövr”
 (01.03.2018)
Rusiyalı rektor: “UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək”
 (07.12.2017)
UNEC “Moskva Beynəlxalq Təhsil və Karyera” sərgisində
 (24.10.2017)
Rus İqtisadiyyat Məktəbindəki ən son yeniliklər Radio UNEC-in efirində
 (05.05.2017)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu
 (16.02.2017)
UNEC Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu ilə birgə magistr proqramını uğurla davam etdirir
 (31.05.2016)
UNEC dekanı ordenlə təltif olunub (23.11.2015)

mansura206e74b180636f2216f???????????????????????????????muallim_foto3249563780701_nunec (13)barx

11019 3