“AtaTravel”dən UNEC tələbələri üçün seminar

20 NOYABR 2017 | VIEWS:
1817

UNEC Karyera Mərkəzi və “AtaTravel” MMC-nin təşkilatçılığı ilə UNEC tələbələrinə turizm sahəsində PR-ın təşkili ilə bağlı seminar keçirilib.

“AtaTravel” MMC UNEC-in İqtisadiyyat fakültəsində turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri üçün turizm və PR mövzusunda seminar keçirib. Seminarda turizm sahəsində ictimai rəyin düzgün formalaşdırılması metodları, turoperatorlarla müştərilər arasında münasibətlərin qurulması, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək üsullarından bəhs edilib. Turizm sahəsində PR-ın qurulıması ilə bağlı bir sıra istiqamətlər – brendin, turizm xidmətlərinin önə çəkilməsi, imicin formalaşdırılması, ictimaiyyətlə əlaqələr sahəsində turizm müəssisələrinin hədəf auditoriyası olan müştəri, tərəfdaş, tədarükçü və rəqiblərlə bağlı mövzular müzakirə edilib.

Seminarda “AtaTravel”in mütəxəssisləri tələbələri maraqlandıran sualları cavablandırıb, real keyslər üzərindən nümunələr çəkiblər.

Sonda müzakirədə fəal iştirak edən tələbələrə sertifikat təqdim edilib.

1818 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser