Bilik Fondunda iqtisadçı alimlərlə görüş keçirilib

05 İYUL 2017 | VIEWS:
1974

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 mart 2016-cı il tarixində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası istiqamətində hökumət strukturları tərəfindən müvafiq qərarlar qəbul edilir, müxtəlif tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, dövlət başçısının sözügedən Sərəncamının şərhi, du sahədə görülmüş işlərin təbliği ilə əlaqədar əhali arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində mühazirələr təşkil etməyi nəzərdə tutur.

Bu məqsədlə Bilik Fondunda AMEA-nın İqtisadiyyat İnstitutu və Azərbaycan Dövlət İqtisad Unversiteti əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbiri Fondun icraçı direktoru Oktay Səmədov açaraq, qonaqları salamlayıb, fəaliyyət göstərdiyi üç ildən artıq bir dövrdə Bilik Fondunun gördüyü işlərdən, maarifçilik missiyasından söhbət açıb. Bildirib ki, Bilik Fondu elmi biliklərin müxtəlif sahələri üzrə bölgələrdə və paytaxtda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda fərqli və rəngarəng mövzularda mühazirələr təşkil edir, maarifləndirici tədbirlər həyata keçirir. İcraçı direktor Fondun bu istiqamətdə icra olunan proqram və layihələrindən danışıb. Oktay Səmədov bölgələrdə iqtisadiyyatla bağlı mövzularda mühazirələrlə çıxış etmək üçün dəvət olunan alim heyətini ölkə başçısının sərəncamından irəli gələn tapşırıqları birlikdə yerinə yetirməyə çağırıb.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev alimləri Fondun bu yaxınlarda keçirdiyi ideoloji mühazirələr və onların bölgələrdə yaratdığı əks-səda barədə məlumatlandırıb. Növbəti mühazirə dalğasında onları da fəal olmağa, aktuallığı ilə fərqlənən və yerli əhali üçün maraq kəsb edən mövzular təklif edib mühazirələrə qatılmağa dəvət edib. Aparat rəhbəri onu da diqqətə çatdırıb ki, mühazirələrin mövzuları həm onların təklifləri, həm də bölgələrdən gələn sosial sifarişlər əsasında müəyyən olunur.

Tədbirdə alimlərlə Bilik Fondunun rəhbərliyi arsında bu yöndə görüləcək işlər, mühazirələrin mövzuları və məkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri Umidvar Əliyev indiyə qədərki təcrübəsi əsasında əhalinin iqtisadiyyatın hansı yönümlərində maarifləndirilməsinə ehtiyac olduğunu diqqətə çəkib və müvafiq təkliflər irəli sürüb. Təkliflər müzakirə olunub və həmin mövzularda mühazirələr hazırlanmasına qərar verilib.

Universitetin İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri Məhiş Əhmədov bildirib ki, Bilik Fondunun alim və tədqiqatçılarla birgə gördüyü işlər cəmiyyətimiz üçün gərəkli və faydalıdır. Alim özünün bu işlərdə fəal iştiraka və təcrübəsini həmkarları ilə bölüşməyə hazır olduğunu bildirib.

Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri Əli Hacıyev ixtisaslaşdığı sahədə artıq bir çox mühazirələri və elmi məqalələrinin, monoqrafiya və kitablarının olduğunu diqqətə çatdırıb. Əli müəllimin verdiyi təkliflər də geniş müzakirə olunub.

Nəzəri və praktiki iqtisadiyyat kafedrasının professoru Rasim Nəbiyev Bilik Fonduna bu gərəkli fəaliyyətində uğurlar arzulayaraq mühazirələrin əsasən əhali kütləsinin istəyinə hesablanmasının və mümkün qədər akademik üslubda deyil, sadə dildə auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Sonda iqtisadi mövzularla bağlı bütün təkliflərin Fonda təqdim olunması, yaxın zamanda silsilə mühazirələrə start verilməsi, dövlətin iqtisadi siyasəti ilə bağlı mühazirə mətnlərinin toplu halında nəşr edilərək geniş əhaliyə çatdırılması qərara alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maarifçilik missiyası davam edir.

 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
1975 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser