Böyük Britaniya və Türkiyənin istinad etdiyi UNEC istedadı

26 YANVAR 2018 | OXUNUB:
1583

“UNEC istedadları” layihəsində maraqlı komikslər yaradan tələbəmiz Nəzrin Əlizadəni təqdim edirik:

Nəzrin Əlizadə 1999-cu ildə Bakıda anadan olub. Orta təhsilini 19 nömrəli tam orta məktəbdə alıb. Hazırda UNEC-in 2-ci kursunda biznesin idarəedilməsi ixtisası üzrə qiyabi təhsil alır. Eyni zamanda Azerbaijan Coca-Cola Bottlers şirkətində və UNEC Enactus komandasında qrafik dizayner kimi fəaliyyət göstərir.

Uşaq vaxtından rəsmə və komikslərə olan marağı onu baş qəhrəmanı özü olduğu komikslər aləminə gətirib. Nəzrinin dizayn proqramları vasitəsilə kompüterdə hazırladığı silsilə komiksləri sosial şəbəkələrdə geniş yayılıb. Böyük Britaniya və Türkiyənin məşhur internet komiks səhifələrində onun komiksləri tərcümə olunaraq paylaşılır və istinad edilir. Nəzrinin dizayn etdiyi açıqça və dəvətnamələrə ABŞ, Çexiya və Cənubi Koreyada böyük maraq var.

N.Əlizadənin şirkət üçün hazırladığı reklam posterlərinə ölkənin bir çox iaşə xidməti müəssisələrində və kinoteatrlarında rast gəlmək mümkündür. Onun ən böyük arzusu komiks jurnalı nəşr etmək və özünün yaratdığı personajlardan ibarət cizgi filmləri yaratmaqdır. Nəzrin komikslərində təsvir etdiyi mövzuları real həyatdan götürdüyünü deyir. O, UNEC-in Enactus komandasının üzvlərinin komiks personajlarını da yaratmağı unutmayıb.

N.Əlizadənin komiksləri ilə onun facebook və instagram səhifələrindən tanış ola bilərsiniz.

UNEC istedadları

UNEC istedadları: Tələbə-fotoqraf (19.01.2018)
UNEC istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam (12.01.2018)
“UNEC istedadları” – “MurAn” qrupu (29.12.2017)
“UNEC istedadları”: aktyor tələbə (22.12.2018)
Rəhilə Məmmədzadə – “UNEC istedadları”: memar və müğənni (8.12.2017)
“UNEC istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “UNEC istedadları” –  şair və rəssam  (27.11.2017)
Elnur Musayev – “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “UNEC istedadları” – model tələbə (10.11.2017)
Anar Bağırov –“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)
Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)
Ləman Əkbərova – UNEC istedadları” - tələbə şairə (06.10.2017)
Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

1584 1