Zohre x_Elektron İdarəetmə Mərkəzinin direktoru Həsənova Zöhrə Bilal qızı

e-mail: z.hasanova@unec.edu.az

1947-ci il mayın 20-də Naxçıvan şəhərində anadan olmuşdur.

1955-cü ildə həmin şəhərdə 2 saylı orta məktəbə daxil olub, 1966-cı ildə bitirmişdir. 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirib, 1980-cı ilə kimi Naxçıvan Pedaqoji İnstitutunda İnformatika fənnini, 2 saylı orta məktəbdə Riyaziyyat fənnini tədris etmişdir.

1980-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İnformasiya Hesablama Mərkəzində mühəndis-proqramçı vəzifəsində, N.A.Voznesenski adına LMİİ-nun Bakı filialında böyük mühəndis-proqramçı, aparıçı proqramçı vəzifələrində işləmişdir.

2001-ci ildə Bakı Dövlət Universitetinə dissertant qəbul olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya Hesablama Mərkəzinə direktor vəzifəsinə təyin edilmişdir.

2003-cü ildə “Bir girişli və bir çıxışlı sintez məsələsinin optimal həlli üsulları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədidir.

2010-cu ilin oktyabrında İnformasiya Hesablama Mərkəzi yenidən qurularaq İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi, daha sonra  Elektron İdarəetmə Mərkəzi adlandırılmışdır. Hazırda UNEC-in Elektron İdarəetmə Mərkəzinin direktorudur.

UNEC-in “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosentidir.

DSC_3547.DSC_3552iqtiadi_asiman - копия1-DSC_0001WhatsApp Image 2017-03-15 at 12.49.47IMG-20170329-WA0013

“UNEC ailəsinin üzvü olmağımla qürur duyuram” (12.07.2017)
UNEC-in müəllim və tələbələri Praqada təlimlərdə iştirak edib
 (30.03.2017)

“Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nda Novruz şənliyi (15.03.2017)
“Thomson Reuters”in nümayəndəsi İqtisadiyyat fakültəsində
 (08.02.2017)

 

1392 1