14 sentyabr 1967-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Böyük Məzrə kəndində anadan olub.
1985-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1992-ci ildə həmin universitetin tarix fakültəsini (əyani şöbə) bitirib.
1986-1988-ci illərdə ordu sıralarında xidmət edib.
1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialına göndərilib.
1993-cü ildə Bakı filialı müstəqil Azərbaycan Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutu kimi fəaliyyət göstərməyə başlayıb.
1995-ci ilə qədər həmin institutda laborant və baş laborant, 1995-ci ildən müəllim vəzifəsində işləyib. 1998-ci ildə baş müəllim vəzifəsinə seçilib.
*
2004-cü ilin yanvarında “XIX əsrin birinci yarısında Azərbaycanda azadlıq hərəkatı” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
2005-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında baş müəllimi, 2010-cu ilin fevral ayından həmin kafedranın dosenti olub.
2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiri olub.
21.06.2019-cu ildən “Beynəlxalq münasibətlər və diplomatiya” kafedrasına keçirilmişdir. Hazırda həmin kafedranın müdiridir.
Ailəlidir, üç övladı var.
Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil məsələləri üzrə müşaviri UNEC-də (24.11.2017)
“Yeni dünya çağırışları: Azərbaycan və İslam” (25.10.2017)
“İslam incəsənəti XXI əsrdə: ənənə və müasirlik” (13.10.2017)
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə UNEC-dən dəstək (10.05.2017)
Azərbaycan İslam dünyasının barışdırıcı qüvvəsidir (21.04.2017)
UNEC-də İslam Həmrəyliyi İli çərçivəsində mühazirələr davam edir (18.04.2017)