qurbanov_ramin_0314“Beynəlxalq münasibətlər” kafedrasının müdiri t.e.n., dosent Qurbanov Ramin Müsü oğlu

e-mail: ramin.gurbanov@unec.edu.az

14 sentyabr 1967-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Böyük Məzrə kəndində anadan olub.

1985-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1992-ci ildə həmin universitetin tarix fakültəsini (əyani şöbə) bitirib.

1986-1988-ci illərdə ordu sıralarında xidmət edib.

1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialına göndərilib.
1993-cü ildə Bakı filialı müstəqil Azərbaycan Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutu kimi fəaliyyət göstərməyə başlayıb.
1995-ci ilə qədər həmin institutda laborant və baş laborant, 1995-ci ildən müəllim vəzifəsində işləyib. 1998-ci ildə baş müəllim vəzifəsinə seçilib.

*
2004-cü ilin yanvarında “XIX əsrin birinci yarısında Azərbaycanda azadlıq hərəkatı” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

2005-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında baş müəllim işləyib. 2010-cu ilin fevral ayından həmin kafedranın dosentidir.

2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiridir.

Evlidir, üç övladı var.

18053250_740966089415966_139095589_o???????????????????????????????rashad_ramilокDSC_9926

“İslam incəsənəti XXI əsrdə: ənənə və müasirlik” (13.10.2017)
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə UNEC-dən dəstək
 (10.05.2017)
Azərbaycan İslam dünyasının barışdırıcı qüvvəsidir
 (21.04.2017)

UNEC-də İslam Həmrəyliyi İli çərçivəsində mühazirələr davam edir (18.04.2017)

731 1