Əbədi tələbəmiz – Rəmzi Əsgərov

21 YANVAR 2016 | VIEWS:
1228

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərini ehtiramla yad edir…

Bu gün əbədi tələbəmiz Rəmzi Əsgərovun doğum günüdür. Cəmi 24 il ömür yaşadı. Yaddaşlardan silinməyən, şəhidlik zirvəsinə ucalan bir ömür!

Rəmzi Əsgərov 1967-cı il  yanvar 21-də Laçında anadan olub. Evin üçüncü oğlu idi. Hələ məktəbdə oxuyarkən hərbçi olmaq arzusunda idi. 8-ci sinifdə “Sən böyüyəndə kim olmaq istəyirsən?” müstəqil inşa yazısında da bu arzusunu bildirər və inşadan “5” qiymət alır. Orta məktəb müəllimləri ilə həddən artıq səmimi münasibəti var idi. Gözəl təşkilatçı və qoçaq olduğu üçün məktəbin bütün işlərində fəal iştirak edirdi.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) daxil olur. Tələbəlik dövründə özünə xeyli dost-yoldaş qazanan Rəmzi müəllimləri ilə də mehriban münasibətilə seçilir.

O dövrki qanunlarda əsgərlik yaşı çatan bütün gənclər hərbi xidmətə gördərilirdi. Gənc Rəmzi də ali təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanır. Moskva ətrafındakı hərbi hissələrdən birində qulluq edir. İki illik hərbi xidmətdən sonra yenidən Azərbaycana dönür, ali təhsilini davam etdirir.

1988-ci ilin fevralından başlayan çaxnaşma Qarabağın bütün bölgələri kimi Laçında da özünü göstərdi. Belə bir vəziyyət gənc və inadkar Rəmzini Laçına dönməyə vadar etdi. O, institutun 5-ci kursunda oxuyurdu. Təhsilini yarımçıq qoyub Laçına – vətəninin müdafiəsinə yollanır…

…Rəmzi 1992-ci il mayın 25-də Laçının Güləbirt kəndi uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına həlak olur.

Allah rəhmət eləsin!

1229 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser