NDU-da “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı” keçiriləcək

10 İYUN 2026

15-16 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində (NDU) “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı” keçiriləcək.

Konfransın məqsədi doktorant və gənc alimləri bir araya gətirmək, onların elmi tədqiqatlarının təqdimatı və elmi əməkdaşlığın genişləndirilməsi üçün platforma yaratmaqdır.

Tədbir çərçivəsində müxtəlif elm sahələri üzrə aktual mövzular ətrafında müzakirələr aparılacaq, iştirakçılar öz tədqiqat nəticələri ilə çıxış edəcəklər.

ƏTRAFLI MƏLUMAT