01 iyun 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1981-ci ildə orta məktəbi qızıl medalla bitirmişdir.
1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmişdir.
1986-1989-cu illərdə təyinatla Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutunun) Xüsusi Konstruksiya Bürosunda mühəndis vəzifəsində çalışmışdır.
1992-1996-cı illərdə Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutunda) mühəndis-proqramçı işləmişdir.
1996-2001-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda “Ali riyaziyyat” kafedrasında baş laborant, “Texniki elmlər” kafedrasında assistent və “İnformatika” kafedrasında baş müəllim vəzifələrində çalışmışdır.
2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
2004-cü ildə 05.13.18 – Riyazi modelləşdirmə, hesablama üsulları və proqram kompleksləri ixtisası üzrə “Müsbət axınlı semimarkov modellərinin ehtimal xarakteristikalarının təyini üçün üsul və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
2006-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya sistemləri və texnologiyaları” kafedrasında dosent vəzifəsində çalışmışdır.
2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrası üzrə dosent elmi adını almışdır.
2009-cu ildən universitetin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” (indiki “Rəqəmsal texnologiyalar və tətbiqi informatika”) kafedrasının dosenti vəzifəsində çalışır, “Kompüter elmləri” və “İnformasiya təhükəsizliyi” ixtisaslarının rəhbəridir.
2006-2019-cu illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) İnformatika fənni üzrə ekspert kimi çalışmışdır.
Bakalavr pilləsi üzrə: “İnformatika”, “Dünya iqtisadiyyatında informasiya sistemləri”, “İnformasiya iqtisadiyyatı”, “Korporativ informasiya sistemləri”, “İnformasiya-kommunikasiya texnologiyaları”, “Kompüter cinayətləri və məhkəmə ekspertizası”, “Rəqəmsal sistemlər”, “Sistemli analiz”, “Rəqəmsal sistemlər”, “Kompüter texnologiyaları və proqramlaşdırma”, “Kriptoqrafiya” fənlərini, magistratura pilləsi üzrə: “Elmdə və təhsildə kompüter texnologiyaları”, “Bilik mühəndisliyi”, “Kompüter elminin müasir problemləri”, “İqtisadi məsələlərin həlli üçün tətbiqi proqram təminatı (MS Excel)”, “Kriptovalyuta” və “Riskin qiymətləndirilməsi”, “İnformasiya təhlükəsziliyi” və “Kompüter elminin müasir problemləri” fənlərini azərbaycan və rus dillərində tədris edir.
*
*
Müxtəlif illərdə Bakı Dövlət Universitetində nəzdində fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasının 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (riyaziyyat)” ixtisası üzrə daxil olan dissertasiyaların ilkin müzakirəsini keçirən Elmi seminarın üzvü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED1.19 Dissertasiya Şurasının 1203.01– “Kompüter elmləri (riyaziyyat)” ixtisası üzrə Elmi seminarının üzvüdür.
Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 85 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə, 2020-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə və 2022-ci ildə UNEC rəhbərliyi tərəfindən “Abituriyentlərin UNEC-ə qəbulunun stimullaşdırılmasındakı fəaliyyətinə görə” təşəkkürnamə ilə təltif edilmişdir.
70-dən çox elmi məqalə və tezisin, 5 dərs vəsaitinin, 1 dərsliyin, 1 kitab bölməsinin, 18 tədris proqramının və 4 metodik vəsaitin müəllifidir.
UNEC magistrləri müzakirə edir: “İnformasiya sistemlərinin və texnologiyalarının müasir problemləri” (13.04.2018)
UNEC-də “Elmi tədqiqat ili” – Texnologiya və dizayn fakültəsində elmi seminarlar (05.03.2018)
UNEC-də elmi seminar: “Müəssisələrdə informasiya texnologiyalarının auditi” (27.12.2017)
UNEC-də İKT və innovasiyaların inkişafında dövlət dəstəyi mexanizmləri müzakirə olunub (26.12.2017)
UNEC-in “Texnoloji Təhsil Qrupu”ndan tələbələr üçün disput (21.11.2017)
UNEC-in pedaqoji heyəti üçün təlim: “İnformasiya təhlükəsizliyi” (07.11.2017)
UNEC-də elmi seminar: “Blokçeyn və kriptovalyuta texnologiyalarının Azərbaycanda tətbiq imkanları” (03.11.2017)
UNEC-də disput: “İT-nin inkişafının təhsil prosesinə təsiri” (25.10.2017)
UNEC-də “Strateji Yol Xəritəsi” müzakirə edilib (27.01.2017)
İnformatika və idarəetmə fakültəsində elmi seminar keçirilib (29.04.2016)