Uluxanlı mahalının Nizami kəndində anadan olmuşdur.
2008-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2014-cü ildə AAK tərəfindən dosent elmi adına layiq görülmüşdür.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 7 monoqrafiya, 5 kitabın, 1 dərsliyin, 2 dərs vəsaitinin,metodik göstəriş, tədris proqramının, 100-dən artıq elmi-publisistik məqalənin müəllifi, üç kitabın tərtibçisi, dərslik, dərs vəsaiti, tədris proqramlarının, kitabların redaktoru və rəyçisidir.
2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2017-ci ildə UNEC-in Fəxri Fərmanı ilə təltif edilmişdir.
2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi”döş nişanı ilə təltif edilmişdir.
08 iyul 2025-ci ildə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodik nəşrləri olan “Məktəbəqədər və ibtidai təhsil” və “Azərbaycancan dili və ədəbiyyatı” tədrisi jurnallarının redaksiya heyətinin üzvüdür.
İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə baglı dəyərli araşdırmaların, “İrəvan ədəbi mühiti”(2010), “İrəvan pedaqoji məktəbi”(2015), “Təhsil tariximizdən: İrəvan pedaqoji məktəbi”(2017),”İrəvanda milli maarifçilik mühiti”(2017), “İrəvanda ictimai-siyasi və mədəni mühit”(2019),”İrəvan ensiklopedik foto toplu”(2019),”Ömrün illəri”(2020),”İrəvan müəllimlər seminariyası”(2022) kitablarının müəllifidir.
ELMİ VƏ METODİK ƏSƏRLƏRİNİN SİYAHISI