mark_asurovi.e.n., dos. Aşurov Alı Sarı

1949-cu il avqustun 14-də Qazax rayonunda anadan olmuşdur.

1966-1970-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititutunu bitirmişdir.
1974-1977-ci ildə Moskva Kooperasiya İnstitutunun aspirantı olmuşdur.

1982-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1984-85-ci illərdə Azərittifaqda icra aparatının şöbə müdiri olmuşdur.

1985-1991-ci illərdə Əhalinin tələbatı və ticarət konyukturasının mərkəzi Elmi-Tədqiqat İnstitutunun Azərbaycan filialında şöbə müdiri;
1993-2001-ci illərdə Dövlət Antiinhisar siyasəti və sahibkarlara kömək komitəsində şöbə müdiri vəzifəsində işləmişdir.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir. Hazırda “Marketinq” kafedrasının dosentidir.

İqtisad Universitetinin şahmat komandasının üzvüdür.

Ailəlidir, iki övladı və bir nəvəsi var.

*

Tədris etdiyi fənnlər:

Bakalavr pilləsində:  “Marketinq”, “Marketinqin kommunikasiya sistemi”

MM-də: “Marketinqin kommunikasiya strategiyaları”

Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:

1.“Marketinqin kommunikasiya strategiyaları” (magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı,(müəl.S.S.Əkbərova)

DSC_4691

UNEC müəllimləri təltifolunma mərasimində iştirak edib (01.07.2016)