stan_foto_kamalai.f.d., b/m.  Dadaşova Kəmalə Seyfulla qızı

1974-cü il sentyabr ayının 10-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuşdur.

1993-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Texnologiya və dizayn fakültəsinə qəbul olunmuş, 1997-ci ildə isə həmin institutu fərqlənmə diplomu ilə bitirərək Standartlaşdırma və sertifikasiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Həmin ildə bu institutun Standartlaşdırma və sertifikasiya ixtisası üzrə magistraturasına daxil olmuş,
1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişdır.

1999-cu ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş laborant vəzifəsində işə başlamış, 2000/2002-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş laborant vəzifəsində çalışmaqla yanaşı, saathesabı dərs aparmışdır.

 

 

*
2002/2013 illərdə “Standartlaşdırma və sertifikasiya” kafedrasında assistent vəzifəsində işləmişdir.
2013-cü ildən “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş müəllim vəzifəsində çalışır.

2007-ci ildə ARDNŞ Elmi Tədqiqatlar İnstitutunun dissertanturasına dissertant qəbul olunmuşdur. 2013-cü ildə 5312.01-Sahə iqtisadiyyatı ixtisasında  iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi almaq üçün AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində D01.181 Dissertasiya Şurasında müdafiə etmişdir.

49 elmi əsərin, o cümlədən 2 əlyazmanın, 1 monoqrafiyanın, 1 aftoreferatın, 2 tədris proqramının və 43 çap olunmuş elmi məqalə və tezisin müəllifidir.

2010-cu ildə doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fəal iştirakına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sertifikatı ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.