“İslam Əməkdaşlıq Təşkilatı – müsəlman ölkərinin  birliyinin uğurlu modelidir”

24 MAY 2017 | VIEWS:
1466

UNEC-də “İslam Həyrəyliyi İli” çərçivəsində mühazirələr davam edir.

Növbəti mühazirə Rus İqtisad Məktəbində olub. “Humanitar fənlər” kafedrasının dosenti Günay Piriyeva tələbələrə “İslam Əməkdaşlıq Təşkilatı – müsəlman ölkərinin  birliyinin uğurlu modelidir” mövzusunda mühazirə keçib. Bildirib ki, islam dini mütərəqqi ümumbəşəri dəyərlər sisteminin, ümumdünya mədəni irsinin və humanizm ideallarının formalaşması və inkişafında mühüm rol oynayır. Çoxəsrlik zəngin ənənələrə malik müsəlman ölkələri bu gün də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun güclənməsinə, beynəlxalq aləmdə siyasi, iqtisadi və mədəni proseslərin qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına dəyərli töhfələr verir. Mühazirədə İslam Əməkdaşlıq Təşkilatının yaranmasını şərtləndirən amillərdən, məqsəd və vəzifələrdən danışılıb. Azərbaycanının  bu təşkilatla uğurlu əməkdaşlığı barədə də məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

1467 1