Karyera Mərkəzinin yeni layihəsi: “İşgüzar çay fasiləsi”

26 FEVRAL 2016 | OXUNUB:
514

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi korporativ sektorun iştirakı ilə “İşgüzar çay fasiləsi” layihəsini təqdim edir. Layihəyə əsasən, tələbələrlə ölkənin aparıcı şirkət rəhbərlərinin çay süfrəsi arxasında qeyri-rəsmi görüşü keçiriləcək. Görüş zamanı iş adamları tələbələrlə biznes həyatını müzakirə edəcək, öz həyat təcrübələrini bölüşəcəklər.

Layihə çərçivəsində ilk görüş SABAH Qruplarının tələbələri ilə “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədrinin I müavini Niyaz İsmayılov ilə olub. Tələbələrə öz uğur hekayəsindən danışan müsahib onlara ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib. Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda diskussiyalar aparılıb, real iş həyatı müzakirə edilib.

 

515 1