“Kiçik və orta sahibkarlıq strukturlarında vergi mexanizminin tətbiqi xüsusiyyətləri”

10 NOYABR 2017 | VIEWS:
1851

Noyabrın 10-da UNEC-də “Kiçik və orta sahibkarlıq strukturlarında vergi mexanizminin tətbiqi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

“Maliyyə və maliyyə institutları” kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda kafedra müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov mövzunun əhəmiyyətindən bəhs edərək, tədbirin “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Strateji Planı (2017-2020-ci illər üçün)” çərçivəsində həyata keçirildiyini bildirdi.

Seminarda kafedranın dosenti Zöhrab Paşayevin məruzəsi dinlənilib. Maliyyə, istehsalat, satış və müxtəlif xidmət sektorunda fəaliyyət göstərən sahibkarların da iştirak etdiyi seminarda ölkədə maliyyə dayanıqlılığının təmin olunmasında kiçik və orta sahibkarlığın rolu, vergi mexanizmlərinin tətbiqi mövzularında fikir mübadiləsi aparılıb və strateji yol xəritəsinin əsas hədəfləri təhlil edilib.

1852 1