“Lider müəllim-Lider universitet” layihəsinə start verildi

03 OKTYABR 2016 | OXUNUB:
2083

Lider müəllim-Lider universitet

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə professor-müəllim heyətinin bu istiqamətdə stimullaşdırılması tədbirlərinin daim genişləndirilməsi zəruridir.

UNEC-in qısa zamanda lider universitetə çevrilməsi hədəfinə nail olmaq üçün “Lider müəllim” aspektini önə çəkmək, bu istiqamətdə təşviqedici layihələrin reallaşdırılması məqsədəuyğun hesab olunur.

Bu məqsədlə 1 oktyabr 2016 – 30 iyun 2017-ci tarixlər arasında “Lider Müəllim – Lider Universitet” layihəsi start götürülür. Layihə UNEC-in pedaqoji heyətinin peşəkarlıq qabiliyyətinin yüksəldilməsinə, elmi tədqiqatın təbliğinə, şəxsi inkişafın artırılmasına, sosial fəaliyyətlərə və ümumilikdə tədris prosesinə müsbət stimul verəcəkdir. Professor-müəllimlər arasında layihədə nəzərdə tutulan 7 növ “Lider müəllim” kriteriyaları üzrə aparılacaq rəqabət universitetdə tədrisin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə özünəməxsus töhfə verəcəkdir.

Kriteriyalar:
Lider Müəllim – İnnovativ müəllim
Lider Müəllim – Peşəkar müəllim
Lider Müəllim – Tədqiqatçı müəllim
Lider Müəllim – Sevimli müəllim
Lider Müəllim – İxtiraçı müəllim
Lider Müəllim – Təşəbbüskar müəllim
Lider Müəllim – Özünü inkişaf etdirən müəllim

Müraciət qaydası:

Layihədə iştirak etmək istəyən müəllimlər elektron ərizə formasını yüklədikdən sonra müvafiq məlumatları daxil edib event@unec.edu.az email ünvanına göndərməlidir.

Elektron Ərizə Forması – YÜKLƏ

 

Layihə ilə bağlı önəmli tarixlər:

3 – 13 oktyabr, 2016Layihədə iştirak etmək istəyən müəllimlərin elektron ərizə müraciətlərinin qəbulu

13 – 18 oktyabr, 2016Layihədə 7 kriteriyada rəqabət aparacaq professor-müəllim heyətinin siyahısının müəyyənləşdirilməsi və rəsmi saytda elanı

LİDER MÜƏLLİM – LİDER UNİVERSİTET LAYİHƏSİNİN QİYMƏTLƏNDİRMƏ MEXANİZMİ:

 “LİDER MÜƏLLİM – İNNOVATİV MÜƏLLİM”

Müddət Məlumatlandırmasistemi Müraciət forması Komissiya heyəti Qiymətləndirmə mexanizmi
1 oktyabr
30 iyun
- Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə - Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan  elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır - Yaşar Kəlbiyev (sədr)- Anar Rzayev- Səbuhi Tanrıverdiyev- Mircavid Həsənov- Aysel Xəlilova 1. Beş nəfərdən ibarət Komissiya müsabiqədə iştirak edən müəllimə əvvəlcədən xəbər vermədən 4 dərsdə (2 mühazirə 2 məşğələ olmaqla) iştirak edir və meyarlar üzrə qiymətləndirmə aparır.Qeyd: Müsabiqənin yekununda ən yüksək nəticə göstərən müəllimlərin balları eyni olarsa, o zaman Differensial əmək haqqı sistemindəki “Tələbə Məmnunluq Anketii”ndə daha yüksək bal alan şəxs qalib seçiləcək.

 

Qiymətləndirmə meyarları 10 ballıq sistemlə
 1. İnnovativ tədris metodlarından istifadə səviyyəsi   
Case study,  auditoriya ilə sinxron çalışma,  komanda işləri, problem əsaslı tədris, simulasiya, rol oyunları,  araşdırma əsaslı öyrənmə,  iş mühitinə adaptasiya olunmuş tədris, beyin fırtınası,  qrup müzakirələri, debatlar və sair)
 2. Elektron Universitet Modelindən yararlanma səviyyəsi  
Dərs materiallarının şəxsi kabinetdə yerləşdirilməsi və istifadəsi, elektron jurnaldan səlis istifadə, dərs materiallarının tələbələrə müasir üsullarla çatdırılması (korporativ email, şəxsi kabinet, Microsoft One Drive) və sair
 3. Tədris resurslarının yenilənmə səviyyəsi   
Dərs materiallarında yeni informasiyalardan istifadə  

 

“LİDER MÜƏLLİM – PEŞƏKAR MÜƏLLİM”

Müddət Məlumatlandırmasistemi Müraciət forması Komissiya heyəti Qiymətləndirmə mexanizmi
1 oktyabr
30 iyun
- Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə - – Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan  elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin nəticələrinə əsaslanır və ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Peşəkar müəllim” nominasiyasının qalibi olur.

 

“LİDER MÜƏLLİM – TƏDQİQATÇI MÜƏLLİM”

Müddət Məlumatlandırma sistemi Müraciət forması Komissiya heyəti Qiymətləndirmə mexanizmi
1 oktyabr
30 iyun
- Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə - Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan  elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin “Elmi fəaliyyət bölməsi”nin nəticələrinə əsaslanır və ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Tədqiqatçı müəllim”  nominasiyasının qalibi olur.

 

 “LİDER MÜƏLLİM – SEVİMLİ MÜƏLLİM”

Müddət Məlumatlandırma sistemi Müraciət forması Komissiya heyəti Qiymətləndirmə mexanizmi
1 oktyabr
30 iyun
- Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə - Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan  elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin  “Tələbə Məmnunluq Anketi”nin nəticələrinə əsaslanır və ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Sevimli müəllim”  nominasiyasının qalibi olur.

 

“LİDER MÜƏLLİM – TƏŞƏBBÜSKAR MÜƏLLİM”

Müddət Məlumatlandırma sistemi Müraciət forması Komissiya heyəti Qiymətləndirmə mexanizmi
1 oktyabr
30 iyun
- Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə - Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan  elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır - Səadət Qəndilova- Eldar Azadov- Ramil Cabbarov- Rasim Şərifov- Süleyman Nəbiyev - Müəllimlər öz təşəbbüslərini reallaşdırdıqdan sonra hər ayın son 3 günündə Komissiyaya məlumat çatdırır. Komissiya müraciəti araşdırır və müvafiq qiymətləndirməni həyata keçirir.Nəticələrə əsasən bu kriteriyalar üzrə ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Təşəbbüskar müəllim”  nominasiyasının qalibi olur.

 

Qiymətləndirmə meyarları Say
UNEC-in tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı  
UNEC-in işgüzar əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı  
UNEC-in ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı  
UNEC-də idman layihələrinin həyata keçirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı  
UNEC-də sosial mövzuda layihələrinin həyata keçirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı  


“LİDER MÜƏLLİM – İXTİRAÇI MÜƏLLİM”

Müddət Məlumatlandırma sistemi Müraciət forması Komissiya heyəti Qiymətləndirmə mexanizmi
1 oktyabr
30 iyun
- Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə - Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan  elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin “Patentlər” bölməsindəki nəticələrə əsaslanır və  bu kriteriyalar üzrə ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – İxtiraçı müəllim”  nominasiyasının qalibi olur.

 

“LİDER MÜƏLLİM – ÖZÜNÜ İNKİŞAF ETDİRƏN MÜƏLLİM”

Müddət Məlumatlandırma sistemi Müraciət forması Komissiya heyəti Qiymətləndirmə mexanizmi
1 oktyabr
30 iyun
- Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə - Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan  elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin “Özünü inkişaf fəaliyyətləri” bölməsindəki nəticələrə əsaslanır və  bu kriteriyalar üzrə ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Özünü inkişaf etdirən müəllim”  nominasiyasının qalibi olur.

 

QALİBLƏRİN MÜKAFATLANDIRILMASI

“Lider Müəllim – Lider Universitet” layihəsinin qalibləri 7 günlük aşağıda adları çəkilən universitetlərə göndəriləcəkdir:

Tarix: Öncədən razılaşdırılır

Lider Müəllim – İnnovativ müəllim      

Göndərilir: Paris Sorbon Universiteti – Abu Dabi

 

Lider Müəllim – Peşəkar müəllim

Göndərilir: Fransa, Montpellier Universiteti

 

Lider Müəllim – Tədqiqatçı müəllim

Göndərilir: Yunanıstan, Qərbi Makedoniya Texniki Təhsil İnstitutu

 

Lider Müəllim – Sevimli müəllim

Göndərilir: Türkiyə, Hacettepe Universiteti

 

Lider Müəllim – İxtiraçı müəllim

Göndərilir: Rusiya, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti

 

Lider Müəllim – Təşəbbüskar müəllim

Göndərilir: Türkiyə, Sakarya Universiteti

 

Lider Müəllim – Özünü inkişaf etdirən müəllim

Göndərilir: Türkiyə, Süleyman Dəmirəl Universiteti

 

 

2084 1