Məktəblilər: “UNEC-də bir gün” abituriyentlər üçün inanılmaz fürsətdir”

07 DEKABR 2017 | OXUNUB:
265

“UNEC-də bir gün” layihəsi uğurla davam edir.

Sabunçu rayonu E.Misirxanov adına 71 saylı məktəbin yuxarı sinif şagirdləri UNEC-in bir günlük tələbələri olublar. Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara UNEC barədə ətraflı məlumat verilib. UNEC-in beynəlxalq əlaqələri, mübadilə və xüsusi təqaüd proqramları ilə tanış olduqlarını bildirən şagirdlər daha çox maliyyə, mühasibat və menecment ixtisasları ilə maraqlandıqlarını bildiriblər. Fakültə tyutoru şagirdlərin tədris prosesi və ixtisaslar barədə suallarını cavablandırıb. Sonra 1 günlük tələbələr firmanın iqtisadiyyatı, maktoiqtisadiyyat, marketinq, maliyyə təhlili və menecment fənlərini dinləyiblər.

Məktəblilər universitetdə kollokviumları da müşahidə ediblər.

Gün ərzində məktəblilərin UNEC-də infoturu təşkil olunub. Onlar kitabxana, akt zalları, Radio UNEC və yeməkxana ilə tanış olublar.

“UNEC-də bir gün” layihəsinin onların ixtisas seçiminə böyük dəstək olduğunu bildiriblər. Onlar I kursların dərs cədvəli ilə tanış olaraq, növbəti günlərdə də digər fənləri dinləmək üçün yenidən 1 günlük tələbə olacaqlarını qeyd ediblər. Hətta qış imtahan sessiyasında da iştirak etmək arzusunda olduqlarını vurğulayan şagirdlər “UNEC-də bir gün” layihəsini abituriyentlər üçün inanılmaz fürsət adlandırıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

266 2