vuqar5Məmmədzadə Vüqar Məhəmmədəli oğlu

3 dekabr 1982-ci ildə Bakıda anadan olub.

1999-cu ildə Bakı Slavyan Universitetinin Regionşünaslıq fakültəsinə daxil olub.

2001-ci ildə BSU-nun III  kursundan Azərbaycan dövlətinin təyinatı ilə Ukrayna respublikasının Kiyev şəhərində yerləşən Regionlararası Heyətin İdarə etmə Akademiyasının (MAUP) politologiya fakültəsinin beynəlxalq əlaqələr ixtisası üzrə təhsilinini davam etdirib.
2004-cü ildə Politologiya fakültəsinin əyani şöbəsini bitirib.

2004-cü ildə eyni universitetin həmin ixtisas üzrə magistratura pilləsinə daxil olmiş;
2006-cı ildə magistr dərəcəsinə yiyələnmişdir.

2006-cı ildə həmin universitetin doktorantura pilləsinə daxil olmuş, 2008-ci ilin dekabr ayında “Azərbaycanda demokratik ənənələrin yaranması və inkişafı” mövzusunda siyasi elmlər üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq
münasibətlər” kafedrasında müəllimidir.

UNEC-in Gənc Alimlər Şurasının sədridir.

Evlidir, bir övladı var.