Nüfuzlu şirkətin maliyyə direktoru UNEC tələbələrinə uğur hekayəsini danışıb

07 DEKABR 2016 | OXUNUB:
335

1-pasha_6829Dekabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Paşa Həyat Sığorta” ASC-nin maliyyə direktoru Əfqan Əfqanlı ilə görüş keçirilib.

UNEC-in Karyera Mərkəzi ilə Maliyyə və mühasibat fakültəsinin birgə təşkil etdiyi görüşdə Ə.Əfqanlı tələbələrə öz uğur hekayəsini danışıb. Onlara maliyyə və sığorta sektorunda ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib. “Paşa Həyat Sığorta” ASC-nin maliyyə direktoru şirkətlərində tələbələr üçün təşkil ediləcək karyera imkanları və təcrübə proqramlarından söhbət açıb. Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda diskussiyalar aparılıb və real iş həyatı müzakirə edilib.

Ə.Əfqanlı ilə görüşdə Maliyyə və mühasibat fakültəsinin müəllim və tələbələri ilə yanaşı UNEC-in nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecinin müəllim və tələbə heyəti də iştirak edib.

336 1