Parisdə UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi ilə İCD Biznes Məktəbi arasında ikili diploma dair razılıq əldə edilib

24 APREL 2017 | VIEWS:
2375

Erasmus+” proqramı çərçivəsində UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru i.ü.f.d. Anar Rzayev Fransanın Lion şəhərində yerləşən CEFAM (CEFAM: Ecole de commerce internationale) Universitetində “Regional İnkişaf və Geoiqtisadi əmək bölgüsü” mövzularına dair mühazirələr deyib.
Səfər çərçivəsində Paris şəhərində yerləşən İCD Biznes Məktəbi ilə (École de commerce et de Marketing ICD) bakalavr və magistratura səviyyəsində ikili diplom, müəllim-tələbə mübadiləsi və əməkdaşlığın digər sahələrinə dair uğurlu danışıqlar aparılıb, razılıq əldə edilib.

Qeyd edək ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin iki tələbəsi – Nicat Behbudov və Aysel Kətanova CEFAM universitetində təhsillərini davam etdirirlər.

2376 1