6 fevral 1942-ci ildə Şəkidə anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra (1948-1958) Bakı Ticarət-Kulinar Şagirdliyi məktəbində oxumuş (sentyabr-1958 – mart-1960), 7-ci dərəcəli qənnadçı ixtisasına yiyələnib Şəki Yeyinti kombinatında qənnadçı ustası (aprel 1960-noyabr 1961) vəzifəsində işləmişdir. Ordu sıralarında xidmət etmiş (noyabr 1961, avqust 1964), 1968-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət iqtisad Universiteti) Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
İstehsalatdan ayrılmaqla Yeyinti məhsulları əmtəəşünaslığı ixtisası üzrə aspiranturada oxumuş, 1973-cü ilin yanvarında «Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq xassələrinin öyrənilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildən elmi-pedaqoji fəaliyyətdədir. 1978-ci ildən dosent vəzifəsində, 2001-ci ildən professor vəzifəsində çalışır.
1971-ci ildən ali məktəbdə əvvəlcə assistent, baş müəllim (1973), dosent (1978), dekan müavini (1977-1983), dekan (1984-1987) və müxtəlif institutların Elmi şuralarında dörd dəfə seçilməklə (1983, 1991, 1996, 2006-2015) kafedra müdiri vəzifələrində işləmişdir.
1992-cı ildə «Əmək veteranı» adına layiq görülmüşdür. 2002-ci ilin iyununda ona «Əməkdar müəllim» fəxri adı verilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildən «Azərsun Holdinq» şirkətinin müşaviridir. 12 iyun 2010-cu ildə «Qızıl Qələm» Mediya mükafatına layiq görülmüdür.
2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
04.09.2020-ci il tarixə kimi Əhmədov Əhməd-Cabir İsmayıl oğlu -UNEC-in Fəxri professoru, t.e.n., “İstehlak mallarının ekspertizası” kafedrasının dosenti işləmişdir.
45 ildən artıq elmi-pedaqoji fəaliyyəti dövründə ümumi həcmi 1150 çap vərəqindən çox olan 325-dən çox elmi əsər, o cümlədən 10 dərslik, 15 dərs vəsaiti, 38 kitab və monoqrafiya, 40-dan çox tədris-metodiki vəsait və proqram nəşr etdirmişdir. 10 cildlik «Azərbaycan Sovet Ensiklopediyası»-da ərzaq mallarına dair 72 məqaləsi nəşr olunmuşdur. M.F.Axundov adına respublika kitabxanasında Ə.İ.Əhmədovun müəllif olduğu 60-dən çox kitabı saxlanılır.
İki oğlu və nəvələri var.
*
UNEC professorunun yeni kitabı nəşr olunub (06.02.2017)
Elektron versiyalar:
Susuz həyat yoxdur. 2018
Bitki mənşəli məhsulların ekspertizası. 2005
Ərzaq malları əmtəəşünaslığı. 2012
Əzaq malları əmtəəşünaslığının nəzəri əsasları. 2005
Heyvanat mənşəli məhsulların ekspertizası. 2005
Mеyvə və tərəvəz əmtəəşünaslığı. 2009
Qənnadı malları əmtəəşünaslığı. 2010
Tamlı malların əmtəəşünaslığı. 2010
Şirniyyat. 2010
Azərbaycan çörəyi. 2010
Azərbaycan üzümündən qidalı ərzaq məhsulları. 2009
Azərbaycan çayı. 2010
Ədviyyələr və tamlı qatmalar. 2009
Milli azərbaycan şərbətləri və spirtsiz içkilər. 2014
Novruz süfrəsi. 2011
Tamlı malların ekspertizası. 2012
Yeyilən bitkilərin müalicəvi xassələri. 2014
“QURANİ-KƏRİM”də qida məhsulları və islamda qidalanma. 2015
Zeytun və zeytun yağı. 2015