e-mail: [email protected]
1964-cü ildə Beyləqan şəhər 1 saylı orta məktəbini, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1968-1970-ci illərdə Beyləqan rayonunda orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini vəzifələrində işləyib. 1970-ci ildə hərbi xidmətdə olub.
1970-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda və Arxeologiya-Etnoqrafiya sektorunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.
1971-1974-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda “Arxeologiya” ixtisası üzrə aspiranturada təhsil alıb. 1978-ci ildə “Azərbaycanın son tunc və ilk dəmir dövründə Ön Asiya ölkələri ilə əlaqələri” mövzusunda namizədlik dissertasiyasını,
1996-cı ildə “Qarqarçay və Tərtərçay hövzəsinin tunc və ilk dəmir dövrü mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1989-cu ildən dosent, 1997-ci ildən professor vəzifəsinə seçilib.
1989-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi” kafedrasında baş müəllim, dosent, kafedra müdiri vəzifəsində çalışıb. 1997-ci ilin iyun ayında həmin universitetin “Azərbaycan tarixi” kafedrasında professor vəzifəsinə seçilib, 1998-ci ilin iyun ayından kafedra müdiri vəzifəsini əvəz edib, 1999, 2001, 2006 və 2011-ci illərdə müsabiqədən keçməklə “Azərbaycan tarixi” kafedrasının müdiri vəzifəsinə seçilib. 2016-cı ilin iyul ayına kimi bu vəzifədə çalışib.
Hazırda UNEC-in “Humanitar fənlər” kafedrasının professorudur.
Azərbaycan tarixinin müxtəlif problemlərinə həsr olunmuş 255-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 kitabça, 2 tədris-metodiki vəsait, tədris proqramlarının, 3 dərsliyin həmmüəllifidir.
2006-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2011-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.
*
“Yeni dünya çağırışları: Azərbaycan və İslam” (25.10.2017)
“Azərbaycanda islamın yayılması və nəticələri” (04.10.2017)
UNEC tələbələri Litva universitetində Xocalı faciəsindən danışıb (24.02.2017)
XOCALI – az qala 25 il keçir.…
Hidayət Cəfərov: “Ermənilər Qarabağda arxeoloji qazıntılar aparırlar.” (1905.az)
UNEC: Təhsilin innovativ modeli (15.04.2016)
85 illik tarix…(23.12.2015) – prof. H.Cəfərovun MÜSAHİBƏSİ
UNEC-in tarixi binası Lider TV-nin “Arxitek” verilişində (VİDEO)
*