Sifariz

“Mühasibat uçotu və audit” kafedrasının müdiri prof. Səbzəliyev Sifariz Mirzəxan oğlu

e-mail: s.sabzaliyev@unec.edu.az

08.11.1945-ci ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olub.

1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Univer­si­te­ti­nin (indiki BDU) İqtisad fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur.
1964-1967-ci illərdə həqiqi hərbi xidmətini başa vurduqdan sonra təhsilini D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Uçot-iqtisad fakültəsinin əyani şöbəsində davam etdir­ib. 1970-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Azər­bay­can elmi-tədqiqat kənd təsər­rü­fa­tı­nın iqtisadiyyatı və təşkili institutuna işləməyə göndə­rilib, müxtəlif illərdə həmin instiututda elmi işçi, baş elmi işçi və elmi katib vəzifələrində çalışıb. 1973-1977-ci illərdə institutun aspiran­turasının əyani şöbəsinə qəbul olunub və 1980-cı ildə M.V.Lomonosov adına Mosk­va Dövlət Universitetində namizədlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1981-ci ildən Azərbaycan Dövlət İqtsad Universitetinin «Mühasibat uçotu» kafedrasında baş müəllim, dosent vəzifələrdə çalışıb.
1985-ci ildə Uçot-iqtisad fakültəsinə dekan müavini vəzifəsinə təyin olunub, 1987-ci ildən «Mühasibat uçotu və audit» kafedrasının müdiri vəzifəsində işləyir.

2005-ci ildə iqtisad elmləri doktoru adına layiq görülüb. 1990-cı ildən dosent, 2006-cı ildən professordur.

Respublika Ma­liy­yə Nazirliyi Elmi-metodik Şurasının, Respublika Auditorlar Palatası Rəya­sət Heyə­tinin, Amerika Auditorlar İnstitutunun, «Maliyyə və uçot», «İqtisadiyyat və audit», «Audit», «İqtisad elmləri: nəzəriyyə və praktika» «Sosial həyat» jurnal­la­rı­nın redak­si­ya heyətlərinin üzvüdür. Universitet­də fəaliyyət göstərən FD.02.052 Dis­sertasiya Şurasının sədr müavinidir.

Rəhbərliyi altında 8 elmlər namizədi və 1 elmlər doktoru hazırlanıb.

1991-ci ildə tədrisin səmərəli təşkilindəki xidmətlərinə görə Respublika Təhsil Nazir­liyi­nin Fəxri Fərmanına layiq görülüb.
2015-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülübr.

200-ə yaxın dərsliyin, dərs vəsaitinin, monoqra­fi­ya­nın, tədris proqramlarının, elmi məqalənin və digər tədris-metodik və­sait­lərin müəlli­fi­dir. Həmin əsərlərin əksəriyyəti, xüsusən də, «Mühasibat (maliyyə) uçotu» (dərs­­lik), «Mühasibat uçotuna dair məsələlər məc­mu­əsi» (dərslik), «Mühasibat (maliyyə) hesabatı» (dərslik), «Xidmət sahə­lə­rində mühasibat uçotu» (dərs vəsaiti), «Xarici ölkələrdə mühasibat uçotu (dərs vəsaiti),  «Mühasibat uço­tun­da, iqtisadi təhlildə və auditdə istifadə olunan terminlərin izahlı lüğəti» (dərs vəsaiti), «İda­rəetmə uçotu» (dərslik), «Maliyyə hesa­ba­tı: formalaşması və tək­milləşdirilməsi prob­lemləri» (monoqrafiya) və s. res­pub­lika iqtisadçıları tə­rə­fin­dən yüksək qiymət­lən­dirilmiş və iqtisadiyyat təmayüllü bütün ali məktəblərdə və kolleclərdə istifadə olunur.

Müxtəlif illərdə Moskva, Sankt-Peterburq, Odessa, Daş­kənd, Tbilisi, Kiyev, Kutaisi, Naxçıvan və s. şəhərlərdə beynəlxalq konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış edib.

sifariz_4831DSC_0457UNEC 1 (3)OLYMPUS DIGITAL CAMERAOLYMPUS DIGITAL CAMERA

UNEC-də “Elm aylığı”  – elmi tədqiqata maraq artıb (10.11.2017)
Elm və təhsil sintezinin arxitekturası: UNEC təcrübəsi”
 (27.10.2017)
UNEC alimləri beynəlxalq elmi konfransda
 (29.06.2017)
UNEC professorları beynəlxalq elmi tədbirdə
 (31.05.2017)

UNEC alimləri beynəlxalq forumda çıxış ediblər
 (29.11.2016)

DSC_8492sifariz_4923-1024x684IMG_7901 (1)9

2084 4