shamxalova11_5815 - копияi.ü.f.d. Şamxalova Samirə Oqtay qızı

19 fevral 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1996-cı ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun (hazırki Azərbaycan Dövlət İqtisad Universiteti) Dizayn fakultəsinə daxil olmuşdur.
2000-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək “Toxuculuq və Yüngül Sənaye malların bədii layihələndirilməsi (dizayn)” ixtisası üzrə (bakalavr pilləsi) bitirmişdir.

2000-ci ildə həmin ixtisas üzrə magistratura pilləsinə daxil olmuş; 2002-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildə BMT-nin İnkişaf Proqramının Təlim və Resurs Mərkəzində “Kompyuter” və “İdarəetmənin əsasları, layihə idarəetməsi (Menecment)” kurslarını bitirərək sertifikat almışdır.

2002-ci ildən 2006-cı ilədək “İdarəetmənin təşkili” (hazırki “Biznes inzibatçılığı”) kafedrasında böyük laborant işləmişdir.

 

2006-cı ildən “Biznes inzibatçılığı” kafedrasının 0.5 ştat müəllimidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes inzibatçılığı” kafedrasının dissertantı olub.

2016-cı ilin fevralında namizədlik dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

25 elmi əsərin müəlifidir, onlardan 12 məqalə (7 xarici ölkələrdə çapdan çıxmışdır), 9 tezis, 2 tədris proqramı və 2 dərsliyin həmmüəllifidir.

Ailəlidir, bir övladı var.

shamxalova11_5815samxalova55