stan_foto_ilqartex.f.d., b/m. Rəcəbov İlqar Saleh oğlu

01.01.1967-ci il tarixdə Naxçıvan MR Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur.

1983-cü ikdə Daşkənd Toxuculuq və Yüngül  Sənaye İnstitutuna  daxil olaraq, 1988-ci ildə həmin institutu bitirərək, mühəndis-mexanik ixtisasına yiyələnmişdir.

1988-ci ildə Naxcıvan şəhər Xalça kombinatına təyinatla usta vəzifəsinə işə qəbul olunmuşdur. Sonra həmin kombinatın aparat sexinə böyük usta, əyirici sexinə rəis, kombinatın baş mühəndisi və direktoru vəzifəsinə təyin olunmuşdur.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında saathesabı müəllim işləmişdir.

2008-ci ildən “Standartlaşdırma və sertifikasiya” kafedrasının baş müəllimidir.

01 dekabr 2011-ci ildə fəlsəfə doktoru proqramı üzrə “Standarlaşdırma və sertifikasiya” kafedrasına dissertant qəbul olunmuşdur. “Parçaların əriş və arğac sapları üzrə xətti ölçülərinin dəyişməsinin qiymətləndirilməsi metodlarının işlənməsi” mövzusunda dissertasiya işini  müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur.

 

 

*

33 məqalə, tezis (xaricdə və respublikada), tədris proqramları, 2dərs vəsaiti və metodik göstərişlər çap etdirmişdir.

İqtisad Universitetinin voleybol komandasının üzvüdür.

Evlidir, iki övladı var.

DSC_4685 DSC_4691

UNEC müəllimləri təltifolunma mərasimində iştirak edib (01.07.2016)