Dekan:

 

 

Əlaqə telefonu:
+(994) 12 564-16-74

e-mail: 

Dekan müavini:
i.e.n., dos. Zərbəliyev Cəmaləddin Camo oğlu
 

 

Əlaqə telefonu:
+(994) 12 564-67-88

e-mail: 

 

5324 2

Fakültə haqqında

Uçot üzrə kadrların hazırlanması ilə müxtəlif illərdə ADİU-nun sələfləri olan Sosialist Uçotu İnstitutunda, Azərbaycan Ticarət və Kooperasiya İnstitutun­da, Sosial-İqtisad İnstitutunda, AXTİ-də, ADU-da, LMİİ-nin Bakı filialında və s. başqa ali məktəblərdə məş­ğul olunmuşdur. Hazırda uçot kadrları hazırlayan ən böyük ali məktəb İqtisad Universitetidir. Uçot ixtisasına həmişə yüksək tələbat olmuşdur və indiki liberal iqtisadiyyat şəraitində bu tələbat daha da artmışdır.

1959-cu ildə K.Marks adına AXTİ ləğv edildikdən sonra bu institutun bazasında S.M.Kirov adına ADU-nun tərkibində müstəqil İqtisad fakültəsi yaradıldı. Həmin dövrdəki tələbə kontingentinin demək olar ki, yarısı Mühasibat uçotu üzrə ixtisaslaşırdı. O illərdə İqtisad fakültəsinə professor Ə.R.Qasımov rəhbərlik edirdi.

1966-cı ildə obyektiv zərurət üzündən yenidən AXTİ təsis ediləndə, onun ən böyük fakültələrindən biri məhz Uçot-iqtisad fakültəsi oldu. Fakültəyə müxtəlif dövrlərdə dos. L.Əh­mədov, dos. N.Adıgö­zəlov, dos. Ə.Cəfərov, dos. F.Quliyev, dos. T.Ba­ba­yev, dos. N.M.İsmayılov, qısa vaxt­larda isə prof. Q.Rzayev, dos. C.Zərbəliyev rəhbərlik etmişlər.

Fakültədə əvvəlki illərdə uçot kadrları 6 istiqamətdə, sonra isə 3 istiqamətdə hazırlanırdı: sənayedə mühasibat uçotu; kənd təsərrüfatında mühasibat uçotu; ticarətdə mühasibat uçotu.

1987-ci ildə D.Bünyadzadə adına AXTİ ləğv edildikdən və onun bazasında LMİİ BF yaradıldıqdan sonra baza institutunun struktu­runa uyğun gəlmək üçün statistika ixtisası Uçot-iqtisad fakültəsinin tərkibinə daxil olunmuşdur.

«Mühasibat uçotu», «İqtisadi təhlil», «Audit» və «Statistika» elminin inkişafında vaxtı ilə fəaliyyət göstərmiş görkəmli alim, prof. Ə.Fərəcovun, prof. H.Namazəliyevin, prof. S.Səmədovun, prof. V.İsa­­yevin, prof. S.Hacıyevin əvəzsiz xidmətləri olmuşdur. Məhşur məzun­lardan isə akademik Ə.Mahmudovu, akademik Z.Səməd­za­dəni, professor S.Müslumovu, professor İ.Abbasovu, dosent H.Əs­ə­dovu, iqtisad elmləri doktoru S.Qasımovu və başqalarını qeyd etmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında Müha­si­bat uçotu və audit, Statistika və Milli hesablar sistemi ixtisasları üzrə mütəxəssislərin hazırlanması ölkəmizdə yeganə olan Uçot-iqtisad fakültəsində həyata keçirilir. 2009-cu ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Azərbaycan Respublikası Na­zir­lər Kabinetinin iqtisadyönümlü ixtisasların yeni təsnifatına uyğun ola­raq Uçot-iqtisad fakültəsində 2 istiqamətdə («Mühasibat uçotu və audit», «Statistika») kadr hazırlığına başlanmış və tədris proqramları bu istiqamətdə qurulmuşdur.

*

Uçot-iqtisad fakültəsində Mühasibat uçotunun tarixi, Müha­sibat uçotunun nəzəriyyəsi, Mühasibat (maliyyə) uçotu, İdarəetmə uçotu, Mühasibat (maliyyə) hesabatı, Nəzarət və təftiş, İqtisadi təhlilin nəzə­riy­yəsi, İqtisadi (maliyyə) təhlil, İdarəetmə təhlili, Ma­liyyə hesa­batlarının təhlili, Auditin əsasları, Praktiki audit, Statis­ti­ka­nın tarixi, Stati­stikanın nəzəriyyəsi, Sosial statistika, Müəssisələr statistikası, Milli hesablar sistemi, Maliyyə və bank statistikası, Demoqrafiya əsaslı əhali statistikası, Nəqliyyat və rabitə statistikası, Ətraf mühitin mühafizəsi statistikası, Çoxölçülü statistika üsulları, Ailə büdcələrinin statistik tədqiqi kimi ixtisas fənləri tədris olunur.

Uçot-iqtisad fakültəsinin beynəlxalq elmi əlaqələrində M.V.Lo­mo­nosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakül­təsi, Sankt-Peterburq Maliyyə-İqtisad Universiteti, T.Şevçenko adına Kiyev Dövlət Universiteti mühüm yer tutur.

Uçot-iqtisad fakültəsinin məzunları icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş qaydada ölkənin iqtisadi və sosial siya­sətini həyata keçirən dövlət strukturlarının müvafiq bölmələrində, təşkilati-hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik təsər­rüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkət­lərdə və digər biznes strukturlarında, idarəetmə for­masından asılı olma­yaraq istehsal və qeyri-istehsal sferasında fəaliyyət göstərən kommersiya təşkilatlarında, ölkənin büdcə-vergi və maliyyə-kredit siyasətini həyata keçirən orqanlarda və onların yerlərdəki müvafiq bölmə­lərində, mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrinin uçot-hesabat bölmələrində və peşə ixtisasına uyğun strukturlarında fəaliyyət göstərir. Fakültənin bakalavr təhsil pilləsini əla və yaxşı qiymətlərlə bitirən məzunların əksəriyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin və Avropanın presticli universitet­lərinin magistratura pilləsində təhsil alırlar.

Fakültə dekanlığı mühasibat uçotu və statistikanın beynəlxalq standart­la­ra uyğunlaşdırılması sahəsində respublikada mövcud olan problemləri ara­dan qaldırmağa qadir olan uçot kadrlarının hazır­lanmasına xüsusi diqqət yetirir.

İxtisaslar:

1) Mühasibat uçotu və audit;
2) Statistika;
3) Milli hesablar sistemi

Kafedralar:

1) Mühasibat uçotu (ixtisas kafedrası);
2) İqtisadi təhlil və audit (ixtisas kafedrası);
3) Statistika (ixtisas kafedrası).

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna