UNEC Academic Thinking: “Human development”

23 NOYABR 2016 | OXUNUB:
1556

Noyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  müəllimlər üçün yeni “UNEC Academic Thinking” layihəsinə start verilib.

Layihə çərçivəsində UNEC müəllimləri elmin müxtəlif sahələrinə dair akademik müzakirələr aparacaq. İngilis dilində aparılan müzakirələr ayda iki dəfə təşkil olunacaq. Növbəti müzakirələrə telekörpü vasitəsi ilə dünyanın tanınmış universitetlərinin akademik heyəti də qoşulacaq.

İlk “UNEC Academic Thinking” akademik müzakirəsinin mövzusu “Human development” olub. Toplantıda UNEC professoru Afət Abbasova, müəllimlər Aysel Xəlilova, Təhmasib Əlizadə, Ramil Cabbarov, Anar Kazımov, Fuad Əliyev, Aygün Abdulova, Mircavid Həsənov və Şücaət Kərimova iştirak ediblər. Onlar insan inkişafı üçün vacib olan ədalət, davamlılıq, səmərəlilik və səlahiyyət amilinə diqqət çəkiblər. İnsanın kamilləşməsində təhsilin önəmi, iqtisadiyyatda biliyin rolu, iqtisadi artım və insan inkişafı arasındakı əlaqələr, insanın inkişaf indeksi, toplum üçün inkişafın əhəmiyyəti barədə diskusiya aparıblar.

Növbəti “UNEC Academic Thinking” akademik müzakirəsində iştirak etmək istəyən müəllimlər khalilova.aysel@unec.edu.az elektron ünvanı ilə əlaqə saxlaya bilərlər.

1557 2