UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atdı

09 AVQUST 2019 | OXUNUB:
112

UniRank reytinq agentliyinin avqust ayında açıqladığı reytinq sıralamasında UNEC Azərbaycanda lider olub.

Həmçinin reytinq agentliyi tərəfindən hazırlanan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında UNEC 192-ci yerdə qərarlaşıb.

UniRank reytinq agentliyinin  dünya sıralamasında 788-ci yerdə qərarlaşan UNEC mövqeyinə görə Türkiyənin Atatürk Universiteti, Çinin University of Shanghai for Science and Technology, Koreyanın Chung-Ang Universityvə bir çox Asiya və Avropa universitetlərini qabaqlayıb.

uniRank haqqında:  Reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir.

Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir.

[a href=”http://news.unec.edu.az/xeber/125-universitet/5579-unec-beynelxalg-reytingde-daha-bir-ugura-imza-atdi“][/a]

113 1